Cafe City/Sahil
Günümüzdə bu təlaşlı dünyada öz orqanizmimizə ədalətsizlik edərək ilk baxışdan "mənasız" görünən qidaya vaxt və lazımi diqqəti ayırmağa ehtiyac duymuruq. Bizim nəyi və necə yeməyimizdən çox şey asılıdır. Ən əsası bizim sağlamlığımız. Əgər həmişə bunun vacibliyini başa düşmürüksə, bunu bizim üçün edə bilən peşəkarlar mövcuddur. Onlar hər bir insanın ən yaxşı şeylərə layiq olduğunu başa düşərək, bunu keyfiyyətli və dürüst edir. Bu peşəkarlar paytaxtımızın mərkəzində yenicə açılmış "Cafe City" -dədir. Burada hər şey siz istədiyiniz kimidir.
Burada yeməklərin hazırlandığı məhsullar Avropadan gətirlir və hər kəsin zövqünü oxşayacaq. Kafenin bütün xidmət göstərən heyəti tibbi yoxlanışdan keçib və mütəmadi olaraq keçir.
Menyuda hər bir yemək şəkillə təqdim olunub. Menyuya salatlar, məzələr, suplar, sendviçlər, omletlər, əsas yeməklər, pastalar, blinlər, desertlər və geniş çeşidli içkilər və kokteyllər daxildir.
Qeyd edək ki, "Cafе City"də 12:00-dan 15:00-a qədər biznes lanç təklif edilir. Ümumiyyətlə iş günləri kafe 24:00-a qədər, istirahət günləri isə 02:00-a qədər işləyir.
"Cafe City" qonaqlarını sakit tonlarda işlənmiş interyer, sakit, "rahat" musiqi sevindirəcək.
Beləliklə, "Cafе City"ə gəlin və istədiyiniz kimi istirahət edin.