Fotoreportajlar
"Balıq bürcü" sərgisi
2013-cü il fevralın sonunda Muzey Mərkəzinin İncəsənət Qalereyası özünün “Balıq bürcü” adlı yeni layihəsinə başlanğıc verəcək. Qədim zamanlardan balıqlar insan həyatında mühüm mədəni rol oynamışlar. Elə bir millət, elə bir sivilizasiya yoxdur ki, o , tarixdə balıq rəmzi ilə bağlı hər hansı bir iz qoymasın. Bu mövzu bütün dövrlərdə rəssamları əsərlər yaratmağa ilhamlandırıb. Bunlar təkcə heykəllər, rəsm əsərləri, zinət əşyaları deyil, həm də miflər, nağıllar və əfsanələrdir.


