Azərbaycan Dövlət İncəsənət Muzeyi - respublikanın ən böyük incəsənət muzeyi. Bakıdadır. 1936 ildə Azərbaycan Dövlət Muzeyinin (1920 ildə təşkil edilmişdi) incəsənət şö"bəsi əsasında yaradılmış, 1937 ildə açılışı olmuşdur. 1943 ildə muzeyə R.Mustafayevin adı verilmişdir. Muzeyin fondunda 12000-ə yaxın incəsənət əsəri saxlanılır (1976). Ekspozisiyada azərb., rus sənətkarlarının həmçinin Qərbi Avropa və Şərq ölkələrinin boyakarlıq, qrafika, heykəltəraşlıq və dekorativ - tətbiqi sənət əsərləri müxtəlif dövrlərə aid xalq yaradıcılığı nümunələri nümayiş etdirilir. Muzeydə Azərb. realist təsviri sənətinin baniləri M.Nəvvab, B.Kəngərli və Ə.Əzimzadənin, həmçinin Azərb. rəssamları və heykəltəraşlarından M.Abdullayev, S.Bəhlulzadə, M.Rəhmanzadə, T.Salahov, V.Səmədova, F.Əbdürrəhmanov, P.Sabsay, C.Qaryağdı, T.Məmmədov, Ö.Eldarov və başqalarının boyakarlıq, heykəltəraşlıq və qrafika əsərləri saxlanılır. Muzeyin Azərb. incəsənəti şö"bəsi zərgərlik, xalçaçılıq və keramika mə"mulatları, halq tikmələri, milli geyimlər, musiqi alətləri, silahlar, qədim və müasir dekorativ - tətbiqi sənət nümunələri, arxeologi qazıntı zamanı Azərb. ərazisindən tapılmış qəbirüstü daşlar, həndəsi naxışlı sənduqələrlə, rus incəsənəti şö"bəsi İran, Yaponiya, Türkiyə, Hindistan, Çin və s. ölkələrin miniatür və dekorativ-tətbiqi sənət nümunələri ilə, Qərbi Avropa incəsənəti şö"bəsi italyan, holland, flamand, fransız və s. rəssamlıq məktəblərinə mənsub sənətkarların əsərləri ilə təmsil olunur. Muzey həmçinin mədəni - maarif işləri aparır, sərgilər, mühazirə və müzakirələr təşkil edir, kataloq, buklet, albomlar nəşr etdirir, diafilmlər göstərir.bəsi zərgərlik, xal