Azərbaycan Tarix Muzeyi
Azərbaycan Tarixi Muzeyi - 1920 ildə Bakıda yaradılmışdır. 2005-ci ilin noyabr ayında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə muzeyə Milli statusu verilmiş, muzeyin binası və ekspozisiyası dünya standartları səviyyəsində bərpa edilmişdir.
Bina üç mərtəbədən ibarətdir. Muzeyin ekspozisiyası I və II mərtəbələrdədir. II mərtəbədə həmçinin H.Z.Tağıyevin xatirə muzeyi də fəaliyyət göstərir.
Muzeydə hal-hazırda altı (6) şöbə (Azərbaycanın qədim və orta əsrlər dövrü tarixinin ekspozisiyası və fondları şöbəsi, Azərbaycanın yeni dövr tarixinin ekspozisiyası və fondları şöbəsi, Azərbaycanın ən yeni dövr tarixinin ekspozisiyası və fondları şöbəsi, Etnoqrafiya, Numizmatika və epiqrafika, Heraldika, Elmi-ekskursiya və kütləvi işlər şöbələri), Muzey əşyalarının bərpası laboratoriyası, on (10) fond, dörd (4) qrup və kitabxana fəaliyyət göstərir.