The Grill
3 şəkil
Hyatt Regency Bakı mehmanxanasında yerləşən The Grill restoranı Bakı şəhərində mövcud olan müasir, məxsusi ab-hava ilə göz oxşayan və ürəkaçan ən yaxşı yemək məkanlarındandır. Təqdim edilən xüsusi yeməklər ABŞ və Avstraliyadan idxal olunmuş yüksək keyfiyyətli ət məhsulları, quzu, mal əti və Azərbaycan kabablarından ibarətdir. The Grill restoranı həmçinin 3 çeşid menyu ilə nahar üçün əla seçimdir. Nahar hər gün saat 12:00-dan 15:00-a kimi, şam yeməyi isə 18:30-dan 23:00-a kimidir.Masa sifarişi və ya ətraflı məlumat üçün 490 1234 nömrəsinə zəng edə və ya thegrill.baku@hyatt.com elektron ünvanına məktub göndərə bilərsiniz.


