Fotoreportajlar
Red Bull Shakh Carpet -Şahdağ dağ-xizək kurortunda uçan xalçalar!
Şəhərdə hadisələr
79 şəkil
22 Fevralda Şahdağ dağ-xizək kurortunda ilk dəfə Dünyada ən kreativ idman müsabiqəsi - Red Bull Shakh Carpet keçirildi. Hərfi tərcümədə “Xalçaların Şahı” kimi səslənən müsabiqənin mahiyyəti ondan ibarət idi ki, müxtəlif kostyumlar geyinmiş, dağdan enmək üçün vasitələrlə təchiz olunmuş iştirakçılar sonunda 80 sm. kiçik tramplin və 2 metrlik dərinliyində soyuq su ilə dolu hovuzu olan 80 metrlik yamacdan suruşərək atlanırdılar. Ən maraqlısı da, iştirakçıların xüsusilə müsabiqə üçün yaratdığı hərəkət vasitəsinin ən əsas elementi XALÇA idi!


