Yaşıl Teatr
2 şəkil
Yaşıl teatr, keçən əsrin 60-cı illərində açılmışdır. Bura şəhər sakinlərinin ən sevimli istirahət məkanıdır və burada mühüm mədəni kütləvi tədbirlər keçirilir. Yaşıl tearın səhnəsində Azərbaycanın görkəmli mədəniyyət xadimləri ilə yanaşı keçmiş SSR-i ölkələrinin və xarici ölkələrin məşhur artistləri çıxış etmişlər. Teatr bərpa işləri aparıldığı üçün bir neçə illik bağlanmışdı. 2007-ci ildə, bərpa işləri tamamlandıqdan sonra teatr öz fəaliyyətini davam etdirməyə başlayıb.