Adidas
Adidas Qrup – idman malları sənayesinin dünya liderlərindən biri, idman məhsullarının geniş çeşidinin istehsalçisıdır. Artıq 80 ildən artıqdır ki, Adidas şirkəti idman aləmində uğur rəmzi hesab edilir.
Şirkətin tarixi 1920-ci ildə başlanıb, hımin zaman gənc Adi Dassler öz ilk idman ayaqqabısını tikmişdir.
O istəyirdi ki, hər bir idmançinın əynində ona yüksək nəticələr əldə etməyə imkan yaradan paltar olsun.
Həmin ideya çox uğurlu olduğundan, hal-hazırda da şirkət idmanla, eləcə də, biznesdə ciddi uğurlara imza atıb və son moda tendensiyalarını izləyən bütün şəxslərə basketbol krossovkalarından və futbol butslarından başlayaraq son dərəcə müasir geyim modellərinədək geniş mal çeşidi təqdim edir.
Adidasın adı (şirkətin əsasını qoyan şəxsin adının və soyadının ilk hecalarının birləşməsi) 1948-ci ildə yaranıb.
Bir il sonra həmin ad ticarət nişanı kimi qeydiyyatdan keçmişdir.
Adidasın rəsmi simvolu məşhur üç xəttdən ibarətdir. Idman geyiminin istehsalı üzrə dünya liderinin 2007-ci ildə dövriyyəsi 10.3 milyard avro təşkil etmiş, xalis gəlir isə 551 milyon avro təşkil etmişdir.
Adidas qrupunun dövriyyəsi dünya üzrə orta hesabla ildə 10-15% artır.
İdman Adidasın yaratdığı bütün halların əsası hesab edilir.