Liu Jo
Liu Jo son dərəcə müasir, qlobal və özünəgüvənən ticarət nişanı olub tədriclə müasir yaşam kontekstinin bütün sahələrinə sirayət edən və istedadlı aktrisanın gündəlik ehtiyaclarını tam şəkildə qarşılayan estetik təkamülü əks etdirir. Hər fəslin başlanğıcında Şərq və Qərbdən ilham alan Liu Jo aktrisamızın azad, beynəlxalq və kosmopolit təbiətini əks etdirmək üçün müxtəlif mədəniyyətlərdən qaynaqlanan geyim və aksesuarlara əvəzolunmaz italyan zərifliyi bəxş edir.
O, gün boyu retro əsintili, incə toxunuşlu, özündə xalqların ruhunu əks etdirən şərab kimi zərif rəsmi və eyni zamanda rahat üslubun əhatəsində olur, axşamlar isə özünü daha yumşaq və ədalı tonların cənginə təslim edir. Hər bir geyim özünəməxsus və olduqca fərdi olmaqla yanaşı, müxtəlif kombinasiyalar və uyğunlaşdırma fantaziyaları üçün hər zaman açıqdır.
Liu Jo dedikdə həyatın tempini və irəliləməkdə olan dəbi əks etdirən daim inkişaf edən İtalyan Geyim Tərzi başa düşülür. Bu ticarət nişanı qadın zərifliyini və cazibəsini özündə cəmləşdirən, özünün gərçək ənənələrinə sadiq qalaraq gələcəyə can atan bir məhsul və həyat tərzi simvoludur.