Fotoreportajlar
“Mərkəzi Asiya örtükləri” sərgisi
Noyabrın 5-də Bakıda məşhur Londonun Viktoriya və Albert muzeyinin təqdimatında Raunun kolleksiyasından “Mərkəzi Asiya örtükləri” sərgisi keçiriləcək. Ekspozisiya R. Mustafayev adına muzeydə təqdim olunacaq. Nəzərdə tutulan sərgidə Mərkəzi Asiyanın 58 sayda müxtəlif məqsədli geyim və örtükləri nümayiş etdiriləcək. Bütün bunlar keçmişdə Mərkəzi Asiya ərazisindən keçmiş Böyük İpək yolu mövzusu ilə əlaqəli olacaq.


