YARAT Müasir İncəsənət Məkanı "Özünü kəşf et" adlı ustad dərslərinə start verir
YARAT Müasir İncəsənət Məkanı, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində nümayiş olunan "Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə" adlı sərgi çərçivəsində böyüklər üçün "Özünü kəşf et" adlı ustad dərslərinə start verir.
"Özünü kəşf et" – yaradıcılıq ab-havası ilə dolu, yeni rəngarəng, maraqlı bir layihədir. Ustad dərsləri zamanı siz gündəlik həyat işlərini kənara qoyub, özünüzü tamamilə yaradıcılığa həsr edə biləcəksiniz. İştirak edən hər kəs, peşəkar ustadlar tərəfindən müxtəlif bədii texnikalar və üslublarla tanış olub, kətan üzərində fırça və boya ilə öz əsərlərini yaradacaqlar. Təcrübəsiz və ilk dəfə əlinizdə fırça tutsanız belə, aparıcı rəssamların məsləhətləri sayəsində, yaradıcı potensialınızın yeni üfüqlərini kəşf edəcəksiniz.
"Özünü kəşf et" – tamamilə yeni bir əyləncə növüdür, dost və ailə mühitində yaradıcılıq vasitəsi ilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsətdir.
Ustad dərslər hər çərşənbə, 19:00-21:00 saatlarında keçiriləcək. İştirakçılar bütün ləvazimatlarla təmin olunacaqlar.
İyul proqramı:
4 iyul – Kənan Əli
Mövzu: Peyzaj
11 iyul – Müseyib Əmirov
Mövzu: Abşeron motivləri
18 iyul – Əsmər Nərimanbəyova
Mövzu: Rənglərin səsləri
25 iyul – Gülnarə Ələkbərli
Mövzu: Təbiət motivləri (linoqravüra)
İştirakçıların sayı məhdud olduğundan (20 nəfər) qeydiyyatdan keçmək zəruridir.
Qeydiyyat çərşənbə–bazar günü, saat 12:00-dan 20:00-dək aparılır (0502514115)
Ünvan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı muzeyi (Dövlət Bayrağı Meydanının yaxınlığı)