Azərbaycan Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq

  • 16.07.2018
  • 5119

  • Mədəniyyət

Azərbaycan Xalça Muzeyi 25-27 oktyabr tarixlərində Bakı şəhərində “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumuna ev sahibliyi edəcək. Bu tədbirə Amerika, Avropa və Asiya ölkələrindən çoxsaylı iştirakçılar qatılacaqlar. Beləliklə, Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq,
Belə ki, keçəçilik sənəti üzrə dünyada tanınmış mütəxəssis, Şotlandiyanın San Andryus (St Andrews) Universitetinin nüfuzlu professoru Stefani Bunn Azərbaycana gələcək. O, "Keçə mədəniyyətinin Avrasiyadakı kəsişmə nöqtələri” mövzusunda məruzə ilə çıxış edəcək. 
Stefani Bunn San Andyus (St Andrews) Universitetində Orta Asiyanın keçə sənətini və Şotlandiyanın toxuculuq sənətini araşdıraraq, sosial antropologiya mövzusunda mühazirələr oxuyur. O, Qırğızıstanın keçəçilik sənətinə həsr edilmiş əsərləri toplayaraq Britaniya Muzeyində ilk sərgisini təşkil edib. Stefani Bunn həmçinin, “Nomadic Felt” jurnalının müəllifi və “Anthropology and Beauty” nəşrinin redaktorudur. Hal-hazırda o, “Woven Communities” layihəsinin rəhbəridir.
Qeyd edək ki, beynəlxalq simpoziumun məqsədi türk dünyasının ümumi irsi sayılan keçə sənətinə həsr edilən elmi-tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün adət və ənənələrinin qorunması, öyrənilməsi, ona marağın dirçəldilməsi, eləcə də, müxtəlif sahələrdə tətbiq edilməsidir. Simpozium çərçivəsində “Keçəçilik ənənə kimi”, “Keçə müasir incəsənətdə”, “Keçə moda dünyasında bir trend kimi” mövzularında müzakirələr aparılacaq. Simpozium çərçivəsində iki tematik sərgi, ustad dərsləri, keçə məhsullarının yarmarkası və feşn şou (fashion show) təşkil olunacaq.



Mədəniyyət
Bakıda olan 8 tarixi və müasir məscid

Sizin üçün Bakıda olan 8 tarixi və müasir məscidin siyahısını və tikilmə tarixini hazırladıq. Məscidin hər biri öz gözəlliyi ilə cəlb edir və şəhərimizi daha da gözəlləşdirir.

5 yanvar 2022-ci il tarixində “Sehrli qala” festivalı çərçivəsində “Azərbaycanın qış gözəli” fotosərgisinin açılışı olub

Sərgidə ölkəmizin müxtəlif yerlərində təbiətin inanılmaz gözəlliklərini əks etdirən qış mənzərələri nümayiş etdirilib.

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.