Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin açılışı olub

  • 29.08.2018
  • 125459

  • Mədəniyyət

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi Bakı şəhərində Üzeyir Hacıbəyli və Qoqol küçələrinin kəsişməsində yerləşir.
2437 м2 ərazini əhatə edən Bakı Kitab Mərkəzi layihəsi üzərində işlənilərkən kitabsevərlərin müxtəlif nəşrlər əldə etməsi ilə yanaşı, burada asudə vaxtlarını xoş keçirmələri üçün hər bir məqama xüsusi diqqət yetirilib.
Fəaliyyətində əsas məqsədi mütaliəyə marağın artırılması olan Bakı Kitab Mərkəzində Azərbaycan və digər dillərdə dünya ədəbiyyatı bestsellerləri, incəsənətə dair nadir albomlar, turistlər üçün bələdçi kitablar, musiqi kitabları və notlar da satılacaqdır. Burada müxtəlif dillərdə və janrlarda 10 mindən çox adda kitab təqdim olunacaq. 
Bakı Kitab Mərkəzində oxuculara Heydər Əliyev Fondunun ayrı-ayrı sahələr üzrə nəşrləri də təqdim edilir.
Mərkəzin 2-ci mərtəbəsində oxu zalı, görmə qabiliyyəti məhdud şəxslər, uşaqlar üçün guşələr, müxtəlif ədəbi və mədəni xarakterli təqdimat tədbirlərinin keçiriləcəyi məkan və elmi fəaliyyətlə məşğul olanlar üçün tədris guşəsi var.

Mərkəzdə quraşdırılan monitorlarda yeni kitablar haqqında məlumatlar da əldə etmək olar. Eyni zamanda sensor ekranlarda mərkəzdə satılan kitablar haqqında məlumat almaq mümkündür. 
Bakı Kitab Mərkəzində mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçı, şair, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri, uşaq və yeniyetmələrdə mütaliəyə marağı artırmaq üçün tanınmış şəxslərin iştirakı ilə oxu günləri, dil kursları və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Kitab satışı ilə yanaşı burada «Coffeemood» adlı kafe də fəaliyyət göstərir. Belə ki, qonaqlar kafedə istirahət edərkən Mərkəzdə təqdim olunan kitab və jurnallarla tanış ola biləcəklər və burada şəhər mənzərəsinə açılan pəncərələrin önündə çay süfrəsi arxasında mütaliə kitabsevərlərə daha da zövq verəcək.
Kitab Mərkəzinin qonaqları burada müxtəlif nəşrlərlə yanaşı, "I love Baku" milli brendinin Azərbaycana dair suvenirləri və “Azərmarka”nın məhsullarını da əldə edə bilər.
Bakı Kitab Mərkəzinin 3 dildə saytı fəaliyyət göstərəcək və oxucular bu internet səhifəsi vasitəsi ilə kitablar sifariş verə biləcəklər.

 



Mədəniyyət
Bakıda olan 8 tarixi və müasir məscid

Sizin üçün Bakıda olan 8 tarixi və müasir məscidin siyahısını və tikilmə tarixini hazırladıq. Məscidin hər biri öz gözəlliyi ilə cəlb edir və şəhərimizi daha da gözəlləşdirir.

5 yanvar 2022-ci il tarixində “Sehrli qala” festivalı çərçivəsində “Azərbaycanın qış gözəli” fotosərgisinin açılışı olub

Sərgidə ölkəmizin müxtəlif yerlərində təbiətin inanılmaz gözəlliklərini əks etdirən qış mənzərələri nümayiş etdirilib.

Bütün məqalələr
UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

Bakı Piano Festival 2023 Braziliya virtuozları Hamilton de Holanda Trio-nun atmosfer konserti ilə başa çatıb

Konsertdə proqramın əsas məqamı əfsanəvi braziliyalı bəstəkar Antonio Jobimin əsərləri olub. Konsertin sonunda tamaşaçıların sürəkli alqışları altında musiqiçilər ankor ifa ediblər. Bu axşam festivala layiqli yekun vuruldu.

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.