Moskva metrosu: Böyük Dairəvi Xətt dünyanın ən uzun xəttinə çevrildi

Martın 1-də Moskvada metro sisteminin genişləndirilməsi və müasirləşdirilməsi, o cümlədən Dairəvi xəttin yükünün azaldılması və Moskvada tıxac probleminin yüngülləşdirilməsi üçün nəzərdə tutulmuş metronun Böyük Dairəvi Xətt (BDX) tam istifadəyə verilib. 31 stansiya və 3 elektrik deposunun yerləşdiyi BDX-nin ümumi uzunluğu 70 km təşkil edir.

Ən uzun dairəvi metro xətti rekord müddətdə inşa edilib. Onun birinci hissəsi 2018, ardınca Moskva tarixində ən uzun hissə sayılan 21 km-lik hissə və 10 stansiya daxil olmaqla daha bir neçəsi 2021-ci ildə açılıb.

Kompleks layihə və mühəndislik həlləri sayəsində metro halqası şəhərin vahid infrastrukturuna daxil edilib. BDX bütün mövcud və perspektivli radial metro xətlərini birləşdirir, eyni zamanda digər nəqliyyat növlərinə keçidləri təmin edir. Məsələn, əvvəllər sərnişinlər bir məntəqədən digərinə getmək üçün mərkəzdə keçid etməyə məcbur idi. Bundan sonra isə alternativ marşrutlar yaradılaraq digər xətlərə əlavə 47 keçid təmin edilərək həmin məcbiriyyət aradan qaldırılıb.

Həyata keçirilən memarlıq həlləri də zamana uyğundur: ənənəvi və müasir, sadə və mürəkkəb, ciddi və ironik. Amma metronun DNT-sini, onun fərdiliyini yeni və tarixi stansiyaların hər birində tapmaq mümkündür.

Bundan əlavə, BDX sərnişinləri Moskva metropoliteninin bütün yüksək texnoloji xidmətlərindən, o cümlədən ən rahat ödəniş üsullarından istifadə edə biləcəklər – Moskva Metropoliteninin bilet sistemi nüfuzlu beynəlxalq Nəqliyyat Biletləri Mükafatı tərəfindən iki dəfə (2020, 2021) dünyanın ən yaxşı sistemi kimi tanınıb. Xəttdəki hər turniketdə gediş haqqını təkcə biletlə deyil, həm də bank kartı ilə ödəmək mümkündür, hər foyedəki iki turniket biometrik ödənişlər də qəbul edəcək.

BDX-ni fərqləndirən daha bir cəhət qatarların təchizatıdır. Burada həm turistlərin səyahəti, həm də heyət üçün rahat şərait yaradılıb. Missal olaraq geniş qapılar, vaqonlar arasında keçidlər, telefonları doldurmaq üçün USB qurğular, məlumat ekranları və havanı dezinfeksiya edən kondisionerləri qeyd etmək olar. Bundan başqa təkmilləşdirilmiş küy izolyasiyası və rəng hərarətini günün vaxtına uyğunlaşdıran adaptiv işıqlandırma gedişin rahatlığını təmin edir.

Yeni qısa marşrutlar və sürətli keçidlər, yükü azaldılmış metro xətləri və yollar ilə BDX paytaxtın bütün sakinləri və qonaqların gediş-gəlişini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq bir layihədir. Xətt şəhərin 3.3 mln insanın yaşadığı 34 rayonundan keçir ki, bu da bütün Moskva əhalisinin 30%-ni təşkil edir. Eyni zamanda 1,2 milyon moskvalının piyada gediş məsafəsində yeni metro stansiyası yaranıb. Rayonlar arasında yeni nəqliyyat əlaqələri gundə 45 dəqiqəyə qədər vaxta qənaət etməyə imkan verir.



Maraqlı
2023-cü ildə balıq tutmaq üçün ən yaxşı yerlər

Bakı balıqçılıq həvəskarları üçün gözəl yerdir. Şəhər təbiətdə yaxşı vaxt keçirmək və balıq tutmaqdan həzz almaq üçün bir çox imkanlar təklif edir.

Uşaqlar və valideynlər üçün 5 maraqlı masterklass

Uşaqlarınızla birlikdə bu qeyri-adi masterklasslara baş çəkə və sənət sahəsində unikal təcrübə qazana bilərsiniz.

Uimbldonda tennis matçı zamanı tamaşaçı tennisçi qadını məsləhətləriylə bezdirir və onu korta çıxarırlar

Belçikalı tennisçi Kim Kliysters tamaşaçıya ona qarşı oynamağı və onun məsləhətlərinin boş sözlər olmadığını sübut etməyi məsləhət görür

Bütün məqalələr
Bakıda buz meydançası fəaliyyətə başladı

İyunun 2-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançası istifadəyə verilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, olimpiya çempionları və digər rəsmi şəxslər iştirak ediblər.

Bakıda gürcü mətbəxini dada biləcəyiniz məkanlar

Gürcü təamları ilə fərqli dadlar sınamaq istəyənlər üçün Bakıda gürcü restoranları mövcuddur. Bu restoranlarda nəinki təamlardan, həmçinin məkanların interyerindən zövq ala biləcəksiniz.

Bakıda Dietik Yeməklər verən 8 restoran

Bu pəhriz restoranları sağlam həyat tərzini sevənlər arasında yeni trendə çevrilib

Bakıda Top 8 ən populyar Karaoke məkanları

Bu Karaoke məkanlarında musiqisevərlər mahnı oxuyaraq və əylənərək unudulmaz vaxt keçirə bilərlər.