Azərbaycanda repin tarixi

  • 12.03.2023
  • 11925

  • Musiqi

Azərbaycan rep musiqisinin (adətən Azrep adlanır) tarixi 20-ci əsrə, 1983-cü ildə Çingiz Mustafayevin “Dünənki keçdi” rep mahnısını ilk dəfə Azərbaycan dilində ifa etdiyi vaxta təsadüf edir. Bu mahnı Azərbaycanda ilk rep mahnısı kimi tarixə düşdü. 1990-cı illərdə rep janrı Azərbaycan əhalisi arasında getdikcə populyarlaşmağa başladı. Bunun nəticəsində, 1993-cü ildə Azrep-in yaradıcılarından sayılan Anar Nağılbazın “Kasıbların mahnısı” adlı mahnısını, və albomunu ictimaiyyətə təqdim etməsi Azərbaycanda insanların hip-hopa marağını artırdı. Azrep-in klassik üzvləri sırasına o vaxtlar Azərbaycanda o qədər də populyar olmayan rep janrını ölkəmizdə sevdirə bilmiş Uran, Elşad Xose və Hüseyn Dərya kimi adları əlavə etmək olar.

Lakin repin gənclər arasında populyarlaşmasında 2007-ci ildə yaradılmış "H.O.S.T. Alliance" musiqi qrupu mühüm rol oynamışdır. Bu qrupun yaradılması ideyası Qaraqan və Camal Əliyə; qrupun digər üzvləri onların dostları Felon De Jure, Feck, ErranT, PROMete, AID və Dərviş olmuşdur. H.O.S.T qrupu 5 il fəaliyyətini davam etdirib və bu illər ərzində qrup 8 albomu tamaşaçılara təqdim edib, 10-dan çox klip çəkilib, 50 konsert keçirilib, 200-dən çox trek yazılıb. Bu qrup 2012-ci ildə fəaliyyətini dayandırdı və onun bəzi üzvləri solo rep karyerasına başladı.

Bu gün Azərbaycanda rep musiqisi populyar janr olaraq qalmaqda davam edir, bir çox gənc ifaçılar müxtəlif üslub və sound’ları sınaqdan keçirirlər. Sosial medianın və onlayn yayım platformalarının (Spotify, iTunes, Deezer və s.) artması da bu sənətçilərin daha geniş auditoriyaya çatmasına və beynəlxalq səviyyədə tanınmasına şərait yaratdı. Rep battle’ları Azərbaycan mədəniyyətinin ənənəvi hissəsi olmasa da, son illər ölkədə populyarlığı artmaqdadır. Bunun nəticəsidir ki, Azərbaycanda çoxlu rep battle’ları keçirilir. Bunun üçün gözəl nümunələrdən biri 6-7 il əvvəl təşkil olunan “Eon Liqa”’dır. Bu liqanın ən maraqlı battle’ı olan Omen və Dakodje arasındakı qarşıdurmanı insanlar hələ də xatırlayırlar. Həmin vaxt Azərbaycanda repsevərlərin marağına səbəb olan “Grime Clash” adlanan diger rep yarışması da mövcud idi. Bu layihədəki ən yaddaqalan battle Noton və Neokortex arasındakı qarşıdurma olmuşdu. Amma Azərbaycanda bu sahədə ən uğurlu layihə “Kəllə-Kəlləyə” hesab olunur. Bu layihənin arxasında duran əsas şəxs H.O.S.T. qrupunun prodüseri olan Abdul Muzzi’dir. O, bir dəfə müsahibələrin birində dedi ki, H.O.S.T qrupunun “Beşikdən məzara” adlı klipində qara kapüşon’lu oğlan o idi, bu da onun bu musiqi qrupunun təbliğində əsas fiqurlardan biri olduğunu göstərir. 2019-cu ildə Abdul Muzzi və tərəfdaşları iki MC, Tibu və Ziq-Zaq arasında layihələrin ilk rep battle’ını təşkil etdilər. Onların ilk layihəsi o qədər uğurlu oldu ki, onu davam etdirmək qərarına gəldilər və sonrakı iki il ərzində məşhur Azrep sənətçiləri arasında bir neçə rep battle’ları təşkil etdilər və onların hər biri Azərbaycandakı rep dinləyicilərinin böyük marağına səbəb oldu. Bu battle’ların keçirildiyi zallarda minlərlə insan gəlib iştirak eləyib və "Kəllə-Kəlləyə" layihəsinin videoları onların rəsmi Youtube kanalında milyonlarla baxış toplayıb.

Bu gün rap studiyaları təkcə səs yazısı deyil, həm də digər xidmətlər təklif edir. Bu təkliflərə mahnı yazılışı, Mix & Mastering və musiqi istehsalı kimi digər xidmətləri də daxildir. Bu xidmətlər sənətçilərə bütün dünyada dinləyicilərə təqdim edilə bilən yüksək keyfiyyətli musiqini yaratmağa kömək etmək üçün nəzərdə tutulub. "X.R.B. Records", "Synaps Records", "Holy Ones Production", "Bizim Studio" kimi studiyalar istedadlı reperlərə münasib qiymətlərlə dünya səviyyəli musiqini təbliğ etmək və yaratmaqda kömək edir.

“Artıq insanlar konsertlərə getmir”, “Heç kim konsertlərdə saatlarla dayanmaq istəmir” və s. Azərbaycan musiqi tamaşaçısı ilə bağlı bütün bu deyilənləri Orxan Zeynallının 2022-ci ilin Noyabr ayının 20-si və 21-i tarixlərində verdiyi konsertlər təkzib etdi. Konsertin ilk gününün bütün biletləri bir neçə saat ərzində satıldı. Bundan sonra sənətçi növbəti günə başqa bir konsert təyin etmək qərarına gəldi. Hər iki gündə 6000-dən çox insanın iştirak etdiyi konsertlər Azərbaycan xalqının rep musiqisinə marağını və ona H.O.S.T qrupunun təsirini bir daha göstərir.

Görünən odur ki, Azrap 20-ci əsrdən bəri çox böyük irəliləyiş əldə edib. İndiki vaxtda reperlərin öz musiqilərindən əldə etdikləri gəlir insanların xüsusən də bu janra olan marağını artırır. Azrep indi az qala türk və rus repləri ilə eyni səviyyədədir ki, bu da Azərbaycan repini sevənləri sevindirməyə bilməz. Yaxın bir neçə ildə həm Azərbaycanda, həm də bütün dünyada rep dinləyicilərin artacağı gözlənilir.

 



Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!