13-19 Mart Tarixlərində Uşaqlarınızla Gedə Biləcəyiniz 6 Tamaşa!

Həm ailənizlə səmərəli vaxt keçirmək, həm də övladlarınızın əylənərək dünya görüşünü artırmasını istəyirsinizsə, sizə əla təklifimiz var!

Bakıda yerləşən 4 fərqli teatrda səhnələşdiriləcək 6 müxtəlif teatr tamaşasını sizin üçün sıralamışıq. Siyahıda həm milli nağıllar, həm də xarici ədəbiyyatdan əsərlərin səhnələşdirilmiş versiyaları mövcuddur. Azərbaycan və rus dili alternativləri də mövcud olan bu tamaşalardan zövqünüzə və övladınızın maraqlarına uyğun gələcəyini düşündüyünüz birini seçə və ya onu öz sevimli personajı ilə canlı görüşə apara bilərsiniz!

Əlavə olaraq, siyahımızda bayram mövzusunda təşkil olunacaq Novruz şənliyi də mövcuddur.

Beləliklə, 13-19 Mart tarixlərində Bakıda səhnələşdiriləcək uşaq tamaşaları:

1. Cırtdan

Cırtdan in Azerbaijan State Academic Opera and Ballet Theatre buy tickets  online. | iTicket.AZ — Online ticket sales

Mövzu: Cırtdan Azərbaycanın ən məşhur nağıl qəhrəmanlarından biridir. Bu tamaşada da siz balaca dostumuzun öz dostları ilə şıxdığı sərgüzəştləri, balaca olmasına baxmayaraq, hazırcavablığı ilə öz dostlarını divdən necə xilas etdiyini izləyəcəksiniz.

  • Teatr: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
  • Tarix:19.03.2023
  • Saat: 15:00 - 16:30
  • Dil: Azərbaycanca
  • Yaş həddi: 3+
  • Bilet: 5-10 AZN

Bileti əldə etmək üçün link: https://iticket.az/ru/events/kids/cirtdan/86511

2. Yatmış Gözəl və Cırtdanlar

Yatmış gözəl və cırtdanlar Azərbaycan Dövlət Akademik Musiqili Teatrı -da  onlayn bilet almaq. | iTicket.AZ — Biletlərin onlayn satışı

Mövzu: Hər iki valideynini gənc yaşlarında itirən Yatmış Gözəl, pis və soyuqqanlı ögey anası Kraliça ilə birlikdə yaşayan bir şahzadədir.Yatmış Gözəlin gözəlliyinin özündən daha çox parlayacağından qorxan Kraliça onu yeməkxanada qulluqçu işləməyə məcbur edir. Onu bu əzablı günlərdən meşədə qazandığı dostları - 7 cırtdan xilas edir. 

Əsasını 1812-ci ildə qələmə alınmış alman nağılından götürən "Yatmış Gözəl və Cırtdanlar", uşaqların sevimlisi Disney şirkətinin ilk klassik tammetrajlı cizgi filmidir və 1939-cu ildə həmin şirkətə Oscar mükafatı da qazandırıb. 

  • Teatr: Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
  • Tarix: 19.03.2023
  • Saat: 12:00
  • Dil: Azərbaycanca
  • Yaş həddi: 3+
  • Bilet: 7 AZN

Bileti əldə etmək üçün link: https://iticket.az/ru/events/kids/sleeping-beauty-and-dwarfs/86588

3. Mauqli

Mauqli Gənc Tamaşaçılar Teatrı -da onlayn bilet almaq. | iTicket.AZ —  Biletlərin onlayn satışı

Mövzu: İngilis yazıçısı Rudyard Kiplingin "Cəngəlliklər Kitabı" adlı hekayələr toplusuna əsasən hazırlanan bu tamaşada siz Mauqli adlı insanın meşədəki heyvanlar tərəfindən böyüdülüb, meşə qanunlarını və həyat tərzini mənimsəməsindən bəhs olunur. Bir sıra ibrətamiz  məqamlara toxunaraq uşaqlara mraqlı mesajlar ötürməklə yanaşı, həm də əyləncəli və həycanlı dəqiqələr də yaşamanıza səbəb olacaq.

  • Teatr: Gənc Tamaşaçılar Teatrı
  • Tarix: 18.03.2023
  • Saat: 12:00 - 13:00
  • Dil: Azərbaycanca
  • Yaş Həddi: 6+
  • Bilet: 6-8 AZN

Bileti əldə etmək üçün link: https://iticket.az/events/kids/maugli/86747

4. Möcüzəli pillələr

  • Teatr: Gənc Tamaşaçılar Teatrı
  • Tarix: 19.03.2023
  • Saat: 12:00 - 13:00
  • Dil: Azərbaycanca
  • Yaş Həddi: 6+
  • Bilet: 6-8 AZN

Bileti əldə etmək üçün link: https://iticket.az/events/kids/moecuez-li-pill-l-r/86757

 

5. Aladdin - Bakıda Novruz sərgüzəştləri 

Mövzu: "Min Bir Gecə" nağıllarının ən məşhur personajlarından olan Ələddinin sehrli xalçası üzərindəki növbəti səfəri Bakıyadır! Həm dünya ədəbiyyatından olan obrazla tanış olmaq, həm də Novruz ab-havasını yaşamaq istəyirsinizsə, bu fürsəti qaçırmayın!Teatr: Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı

  • Tarix: 18.03.2023 
  • Saat: 11:00 - 12:15
  • Dil: Azərbaycanca
  • Yaş həddi: (3+)
  • Bilet: 10-15 AZN

Bileti əldə etmək üçün link: https://iticket.az/events/kids/aladdin-nowruz-adventures-in-baku/86664

 

6. ŞREK - Novruz macərası 

Mövzu: Öz sevimli və sakit bataqlığında yaşamaqdan son dərəcə xoşbəxt olan Şrekin qarşısına hər zaman həll etməli olduğu müxtəlif macəralar çıxır. Yalnız həyatının sakitliyi dostu eşşək və Şahzadə Fiona ilə yaşamağa başladıqdan sonra daha da pozulmağa başlayır. Onun bu dəfəki macərası isə Bakıdakı Novruz şənliyidir. Milli adət-ənənələrimizi Şrekə öyrətmək və onların öhdəsindən necə gəldiyinə tamaşa etmək üçün bu unikal imkanı qaçırmayın!

  • Teatr: Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı
  • Tarix: 18.03.2023, 19.03.2023
  • Saat: 13:00 - 14:15; 15:00 - 16:15
  • Dil: Rusca
  • Yaş həddi: (3+)
  • Bilet: 10-15 AZN

Bileti əldə etmək üçün link: https://iticket.az/events/kids/shrek-novruz-adventure

 

BONUS: "Novruz" uşaq tamaşası

Teatr: Azərbaycan Dövlət AkademikMilli Dram Teatrı

Tarix: 18-19 Mart

Saat: 10:00, 12:00, 14:00 



Kino
“START” Festivalı “CinemaPlus”da Cəfər Pənahinin “Üç üz” filmini nümayiş etdirəcək

“CinemaPlus” kinoteatrında 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində dünya şöhrətli kinorejissor Cəfər Pənahinin “Üç üz” filminin Azərbaycan premyerası baş tutacaq.

YARAT Film Klub: Məddah

Bir zamanlar çox məşhur teatr aktyoru olan Əziz, hal-hazırda evsiz olduğundan dostlarının köməkliyi ilə otellərdə qalır.

9-cu Avropa Film Festivalına Bakıda start verildi

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri, Norveç Səfirliyi, Park Cinema ilə əməkdaşlıqda Bakıda 9-cu Avropa Film Festivalını təşkil edəcəkdir. Avropa Film Festivalı 10-21 oktyabr tarixlərində keçiriləcəkdir.

"Mon Cinéma Français" lahiyəsi

Sentyabırın 7-də, Fransız İnstitutunun "Mənim fransız filmim" lahiyəsi çərçivəsində, rəssam və kinorejissor Teymur DAİMİ Leos Karaksın «Holy Motors» (2012) filmini təqdim edəcək.

Bütün məqalələr
Bakıda buz meydançası fəaliyyətə başladı

İyunun 2-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançası istifadəyə verilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, olimpiya çempionları və digər rəsmi şəxslər iştirak ediblər.

Bakıda gürcü mətbəxini dada biləcəyiniz məkanlar

Gürcü təamları ilə fərqli dadlar sınamaq istəyənlər üçün Bakıda gürcü restoranları mövcuddur. Bu restoranlarda nəinki təamlardan, həmçinin məkanların interyerindən zövq ala biləcəksiniz.

Bakıda Dietik Yeməklər verən 8 restoran

Bu pəhriz restoranları sağlam həyat tərzini sevənlər arasında yeni trendə çevrilib

Bakıda Top 8 ən populyar Karaoke məkanları

Bu Karaoke məkanlarında musiqisevərlər mahnı oxuyaraq və əylənərək unudulmaz vaxt keçirə bilərlər.