Ailəvi gedə biləcəyiniz filmlər

  • 15.03.2023
  • 2173

  • Kino

Baxmayaraq ki, Netflix və Azflix kimi onlayn film izləmə platformaları insanların film izləmə mədəniyyətinə nisbətən təsir etmişdir, ancaq kinoteatr zallarının hələ də dolması ənənəvi film izləmə atmosferinin insanlar üçün əvəzolunmaz əyləncə və təcrübə olduğunun göstəricisidir. Xüsusilə də yaxınlarınız və ailəniz ilə birlikdə film izləmə təcrübəsi həmişə yaddaqalan olur.

Bəs kinoteatrlara ailəvi izləmək üçün hansı filmlər var?

Çəkməli pişik 2: Son arzu

Hər kəsin sevimli cəsur, qorxmaz və qəlblərə toxunan pişiyi geri döndü! Çəkməli pişik doqquz canının səkkizini sərf etdi və indi yeni macəraya başlayır! Cazibədar Yumşaqpəncə və çox danışan it Perro ilə birlikdə xarizmatik baş qəhrəman mifik arzu ulduzunu tapmağa çalışır. Onlar bilmək istəyir ki, pişiklərin həqiqətən də cəmi 9 canı olur yoxsa ...?

  • Müddət: 115 dəqiqə
  • Janr: cizgi filmi, komediya, macəra
  • Yaş həddi: 6+

Biletlər: cinemaplus.az/az/films/c-km-li-pisik-2-son-arzu/

 

Asteriks və Obeliks: Səma altı

Eramızdan əvvəl 50-ci il. Çində çevriliş baş verir, buna görə də imperatorun yeganə qızı olan şahzadə Suan-di Qalların yaşadığı kəndə qaçır və burada Asteriks və Obeliksdən ölkəsini azad etmək üçün kömək istəyir. Onlar Çinə yola düşürlər, amma bilmirlər ki, Yuli Sezar da bura hücum planlaşdırır.

  • Müddət: 125 dəqiqə
  • Janr: komediya, macəra, ailəvi
  • Yaş həddi: 12+

Biletlər:

 

Mumiyalar

Mumiyalar yerin altında qədim Misirin tam əksi olan gizli şəhərdə yaşayır. Üç mumiya - şahzadə, keçmiş arabaçı və kiçik qardaşı ev heyvanı timsahla birlikdə məzəli bir macəraya başlayırlar. Onlar təsadüfən müasir Londona qalxaraq, burada arxeoloq Lord Karnabi tərəfindən oğurlanmış qədim üzüyü tapmağa çalışacaqlar.

  • Müddət: 100 dəqiqə
  • Janr: komediya, cizgi filmi, ailəvi
  • Yaş həddi: 6+

Biletlər: https://cinemaplus.az/az/films/mumiyalar/

 


Rok Doq 3: Ritm savaşı

"Battle for the beat" adlı yeni musiqi yarışması hərkəsi maraqlandırır. Ancaq Bodi ona heç də həvəsli deyil. Lakin müsabiqənin aparıcılarından biri olan əfsanəvi rokçu Vayt Ket Anqus yoxa çıxdıqdan sonra, məhz Bodi yeni münsiflər heyətinin üzvü və rok-n-roll haqqında heçnə bilməyən həvəskar qrupun kuratoru olmalıdır. Bunun öhdəsindən gəlmək üçün Bodi köhnə dostlarını toplamalı və əvvəllər heç vaxt göstərmədiyi performans göstərməlidir.

  • Müddət: 105 dəqiqə
  • Janr: cizgi filmi, komediya, ailəvi
  • Yaş həddi: 6+

Biletlər:

 

Rafadan Tayfanın Qalaktikaya Səyahəti

Astronomiya dərnəyinin ən parlaq üzvlərindən biri olan Akın orbitimizə yaxınlaşan kosmik gəmini kəşf edir və bir anda dünyanın gündəminə düşür. Kosmik gəmilə bağlı bir çox xəbərlər dərc edilərkən, çoxsaylı nəzəriyyələr irəli sürülərkən, kəşfin edilməsində kiçik rolu olan Hayri də bir az şöhrət qazanır. Hayrinin qəzetlərdə dərc olunan fotoşəkilləri gözlənilməz bir nəfərin diqqətini çəkir- gəminin əsl sahibinin, yəni yadplanetlinin... Bu sirli, lakin sevimli yadplanetli Hayrini tapıb, ona kömək etməyə razı salmalıdır. O, öz yeni dostunu tapmaq üçün yola düşərkən, niyyətləri yaxşı olmayan bir qrup insan tərəfindən izlənildiyindən xəbərsizdir.

  • Müddət: 95 dəqiqə
  • Janr: cizgi filmi, macəra
  • Yaş həddi: 1+

Biletlər: https://cinemaplus.az/az/films/rafadan-tayfanin-qalaktikaya-s-yah-ti/

 

Ne Olacak Halim?

Məşhur aparıcı Halim Pekyaman uşaqları sevmir və günlərini “playboy” həyatı yaşayaraq keçirir. Bir gün canlı yayım vaxtı uşaqlardan danışandan sonra onun həyatı alt-üst olur. Uşaq düşməni elan edilən Halim, telekanaldan qovulur və Kuşadasındakı bağ evinə gedir. Onun yolu əri tərəfindən tərk edilmiş, dörd övladı ilə həyat mübarizəsi aparan Mələklə kəsişir. Həyat elə gətirir ki, Halim sevgili olduğu Mələyin uşaqlarına baxmaq məcburiyyətində qalır. O, İstanbuldakı cazibədar həyatını unudub ailə başçısı ola biləcəkmi?

  • Müddət: 125 dəqiqə
  • Janr: komediya, ailəvi, romantik
  • Yaş həddi: 12+

Biletlər: https://cinemaplus.az/az/films/ne-olacak-halim/

 

Qarışqa adam və Arı: Kvantomania

Film kiçilməyə və böyüməyə imkan verən kostyumun sahibi, keçmiş xırda cinayətkar Skot Lenq-in sərgüzəştlərindən bəhs edir. Qarışqa adam kostyumunu hazırlayan məşhur fizik və entomoloq Xenk Pim-in qızı Houp van Dayn ilə birlikdə Skot növbəti dəfə dünyanı yaxınlaşan təhlükədən xilas edəcək.

  • Müddət: 140 dəqiqə
  • Janr: fantaziya, aksiyon, triller, detektiv, macəra
  • Yaş həddi: 12+

Biletlər:


Fulldome Cinema

Gedib film izləyə biləcəyiniz məkanlardan biri də Fulldome Cinema-dır. Burada siz filmləri alışdığınız kinoteatrlardakı ekranlardan fərqli olaraq, astronomiya və əlaqəli sahələrdə maarifləndirici və əyləncəli şoular vasitəsi ilə ulduzların, planetlərin və digər göy cisimlərinin təsvirlərini izləyə biləcəyiniz ən son nəsil texnologiya ilə təchiz olunmuş yarımkürə qübbəli ekrandan izləyəcəksiniz. Yarımkürə qübbəli bu teatrda siz sanki göy cismlərini səmada izləyirsiniz. Göy cismləri ilə bağlı filmlərdən başqa, uşaqlar üçün cizgi filmlər də nümayiş olunur. Ödəniş uşaqlar üçün 3 Azn, böyüklər üçün 5 Azn-dir.

  • Müddət: 25-30 dəqiqə
  • Yaş həddi: 3+

Biletlər: https://tripsome.com/az/categories/performance,-theatre,-shows



Kino
Frankofoniya Film Festivalın Proqramı

Frankofoniya Film Festivalın Proqramı

“START” Festivalı “CinemaPlus”da Cəfər Pənahinin “Üç üz” filmini nümayiş etdirəcək

“CinemaPlus” kinoteatrında 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində dünya şöhrətli kinorejissor Cəfər Pənahinin “Üç üz” filminin Azərbaycan premyerası baş tutacaq.

YARAT Film Klub: Məddah

Bir zamanlar çox məşhur teatr aktyoru olan Əziz, hal-hazırda evsiz olduğundan dostlarının köməkliyi ilə otellərdə qalır.

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!