Bakıda Top 5 ən Estetik Kafe
Jini Coffee
Jini Coffee Bakıda öz estetikası ilə seçilən coffee shop-dur. Insanlar əsasən bura kofe və bu məkanın heyrətamiz limonadlı içkilərini içməyə gəlirlər. Ancaq burada dadı damağınızdan getməyəcək və yenidən yemək istəyəcəyiniz ləzzətli pizza, dadlı və doyumlu Chicken bowl yeməyini dadmaq olar. Jini Coffee-nin iki filialı var - birincisi Xətai metrostansiyasının yaxınlığında, ikincisi isə Sea Breeze-də yerləşir.
Telephone: +994502125203
Milk Lab
Milk Lab unique interyeri ilə seçilən məkandır və buna görə şəkil çəkmədən buranı tərk edə bilməyəcəksiniz. Dostlarla söhbət etmək üçün çox gözəl məkandır. Burada unique dadı olan sərin içki - Ocean Breeze-in dadına baxa bilərsiniz. Desert və səhər yeməyi üçün Milk Lab dadını unutmayacağınız mövsüm meyvələri ilə hazırlanan Fettuchini Crepe dadlı təamı təklif edir.
Milk Lab affiliates:
Capital Plaza, Izzət Oruceva 15
Ağ Şəhər, Mərkəzi Bulvar 5
Gazelli Cafe
Günəşli havada sərinləmək istəyirsinizsə, o zaman Gazelli Cafe sizin üçün əla seçimdir! Burada siz sərin limonadları dadıb isti yay günlərində sərinləyə bilərsiniz. Bura gələndə dostlarınızı dəvət etməyi unutmayın, çünki buranın ab-havası sizi o qədər cəlb edəcək ki, saatlarla burada oturmaqdan doymayacaqsınız. Burada həm də italyan mətbəxi dünyasına qərq ola bilərsiniz. Menyudakı müxtəlif ləzzətli yeməklər sizi çətin seçimlər qarşısında qoyacaq. Həmçinin avokado salatını dadmağı unutmayın. Bu, kuskus parçaları və xüsusi sousu olan ləzzətli yeməkdir ki, ürəkləri fəth edə bilir.
Ünvan: 93 Nizami küç, Bakı, Azərbaycan
White Cat Coffee
White Cat Coffee Əgər ağır və ya gərgin işdən sonra yorğunluğu aradan qaldırmaq üçün kofe içirsinizsə, o zaman bu məkanda hazırlanmış qəhvəni ən azı bir dəfə dad malısınız. Bu, özünüzü çox rahat hiss edə biləcəyiniz və hər kəsin bəyəndiyi bir şeyi tapa biləcəyi bir yerdir. Buradakı şokoladdan hazırlanan yeməli stəkanlar məkanın unikallığını vurğulayır. White Car Coffee menyusu hər mövsüm yenilənir. Insanlar qəhvə və çaydan əlavə, burada hazırlanan ləzzətli desertləri və salatları dadmaq üçün buraya gəlirlər. Bu yerin ab-havası dostlarla maraqlı söhbətlər, işgüzar görüşlər və dərslər üçün uyğundur. White Cat Coffee
Ünvan: İzzət Orucova küçəsi, 20
Mocca
Mocca Bakının ən estetik kafelərindən biridir. Onun rəngarəng, gözəl interyeri istirahət üçün gözəl atmosphere yaradır. Kafe səhər saat 10-dan gecə saat 2-yə kimi fəaliyyət göstərir. Burada cəlbedici interyer, ləzzətli mətbəx və gülərüz personal istirahətinizi unique edəcək. Mocca-da ilin istənilən vaxtını rəngli və dadlı keçirə bilərsiniz. Obyektdə hazırlanan kokteyllərin dadı heyrətamizdir. Mokkanın interyeri sadəcə bir kafe deyil, o, hər bir detalın öz hekayəsini izah etdiyi sirr və gözəllik atmosferinə dalmaqdır. Bu yerə gedirsinizsə, burada Sezar salatını dadına mütləq baxmalısınız, çünki bu, ən incə toyuq, xırtıldayan kahı yarpaqları və ləzzətli sousdur! Onun sehrli dadı sizi qastronomik həzz aləminə aparacaq.
Ünvan: Xəzər ray., Mərdəkan-Buzovna şosesi. 294
_____
Müəllif : Samira Hasanova