Louis Vuitton Mona Liza təsvir edilmiş çantalar buraxıb

Fransız brendi Louis Vuitton amerikalı rəssam Ceff Kunsu əməkdaşlığa dəvət edib. Onlar birlikdə 51 modeldə aksesuar hazırlayıblar.
Leonardo da Vinçi, Rubens, Tisian, Van Qoq və Fraqonaranın məşhur işləri təsvir edilmiş çantalarının yeni reklamını brendin səfiri Alisiya Vikander bəzəyib. Rəssam Cef Kunsla birlikdə aktrisa ecazkar peyzajların fonunda görünür.
Leonardo da Vinçi, Rubens, Tisian, Van Qoq və Fraqonaranın məşhur şedevrlarının reproduksiyalarının təsvir edildiyi çantalar, yaylıqlar, şallar, pulqabılar və breloklar buraxılıb.
Hal-hazırda markaların saytında Leonardo da Vinçinin "Mona Liza", Rubensin "Pələng ovu" və Van Qoqun "Sərv ağacları ilə buğda sahələri" əsərləri təsvir edilmiş çantalar və aksesuarlar təqdim edilib. Aksesuarların qiyməti 583 - 4000 dollar arasında dəyişir.