Star Wars Celebration festivalı

"Ulduz müharibələri" fanatları üçün ilin əsas hadisəsi olan Star Wars Celebration festivalı bu il "Yeni ümid" premyerasının qırx ilini qeyd edib. Bu il festival aprelin 13-dən 16-a qədər Florida ştatında, Orlandoda keçirilib. Festivalda kino epopeyanın səkkizinci hissəsinin tizerindən əlavə "Ulduz müharibələri" yeni kompyuter oyunu Star Wars Battlefront 2 göstərilib.
Festivalın moderatoru Uorvik Devis idi. O, ətrafına Corc Lukas, Ketlin Kennedi, Deyv Filoni, İen MakDermid, Hayden Kristensen, Billi Di Uilyams, Piter Meyxyu, Entoni Deniels, Mark Hemill, Harrison Ford, Billi Lurd və Con Uilyams kimi mədəniyyət xadimlərini toplayıb. Müzakirələrə həm də video müraciət vasitəsilə Liam Nison və Semüel L.Cekson qoşulub.