Smartfonlar iki yaşa qədər uşaqlarda nitqin inkişafına təsir edir

  • 06.05.2017
  • 4502

  • Maraqlı

Amerika pediatriya akademiyasının tədqiqatçıları təsdiqləyib ki, iki yaşa qədər uşaqlar nə qədər smartfon və planşetlərlə vaxt keçirsə, o qədər gec danışmağa başlayır.
Ailələrdə smartfonların, planşetlərin və digər portativ qurğuların sayı artdıqca iki yaşa qədər uşaqlar danışmağa başlamazdan əvvəl onlarla oynamağa və hətta funksiyalarından istifadə etməyə başlayır. EurekAlert yazır ki, Amerika pediatriya akademiyasının apardığı araşdırmaların nəticəsinə görə bu, uşağın inkişafını gecikdirir.
18 aylıq uşaqların müayinəsi zamanı 20%-ə yaxın valideynin dediyinə görə onların uşaqları gün ərzində orta hesabla 28 dəqiqə portativ elektron qurğularla oynayır. Dil inkişafının qiymətləndirilməsi üçün alətdən istifadə edərək tədqiqatçılar aşkar etdilər ki, uşaq gün ərzində nə qədər çox planşet və smartfonlarla vaxt keçirirsə, o qədər gec danışmağa başlamaq riski artır.
Portativ qurğulardan 30 dəqiqə çox istifadə etdikdə nitqin inkişafı 49% gecikir. Bununla belə uşağın planşet və smartfonlarla keçirdiyi vaxtın digər ünsiyyət bacarıqlarının inkişafı ilə (məsələn, jestlərin köməyilə ünsiyyət) açıq əlaqəsini aşkar etməyib.
Portativ elektron qurğular indi çox populyardır, deyə tibb elmləri doktoru və tədqiqatın aparıcı müəllifi Ketrin Birken qeyd edir. Pediatrların belə qurğulardan məhdud zaman kəsiyində istifadə etməyi tövsiyə etməsinə baxmayaraq, görünür ki, buna əməl edilmir.
Valideynlərin uşaqlarının elektron qurğulardan istifadə zamanı nə ilə məşğul olduğunu idarə edə bilməsi üçün Amazon şirkəti xüsusi uşaq planşeti buraxıb. Parent Dashboard funksiyasının köməyilə uzaqdan uşağın nə izlədiyini yoxlamaq olar: video çarx, musiqi və ya oyunlar.

 https://hightech.fm/2017/05/05/children-and-gadgets



Maraqlı
Dance Planet Mega Party Giveaway

Dance Planet Mega Party Giveaway-ə qatıl və möhtəşəm partinin iştirakçılarından biri ol! Müsabiqənin sonunda izləyicilərimizə ümumilikdə 10 bilet hədiyyə olunacaq.

"BiznesdəSən 2023" forumu

İdeyanız var, amma həyata keçirə bilmirsiniz? Biznes qurmaqda maraqlısınız, amma haradan başlayacağınızı bilmirsiniz? O zaman bu forum sizin üçündür!

2023-cü ildə balıq tutmaq üçün ən yaxşı yerlər

Bakı balıqçılıq həvəskarları üçün gözəl yerdir. Şəhər təbiətdə yaxşı vaxt keçirmək və balıq tutmaqdan həzz almaq üçün bir çox imkanlar təklif edir.

Uşaqlar və valideynlər üçün 5 maraqlı masterklass

Uşaqlarınızla birlikdə bu qeyri-adi masterklasslara baş çəkə və sənət sahəsində unikal təcrübə qazana bilərsiniz.

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.