Ryuiti Sakamoto Andrey Tarkovskinin yaradıcılığına həsr edilmiş albom çıxarıb

Yapon bəstəkar Ryuiti Sakamoto səkkiz il ərzində ilk dəfə olaraq "async" albomunu buraxıb. Bəstəkar qeyd edir ki, onun yeni albomunda Andrey Tarkovskinin yaradıcılığının az təsiri olmayıb, buna görə də albom rejissorun hələ çəkilməmiş filminə saundtrek kimi düşünülüb. Treklərin birində vokalist Devid Silvian (David Sylvian) rejissorun atası Arseni Tarkovskinin poemasını oxuyur. Ryuiti Sakamoto özünü dahi rejissorun yaradıcılığının pərəstişkarı adlandırır. Ryuiti Sakamoto yapon musiqiçisi, bəstəkar, prodüserdir. O, "Oskar mükafatı laureatı, ikiqat "Qızıl qlobus" mükafatı laureatı, "Qremmi" mükafatı laureatıdır.