Barista sənəti: kofe incəsənət əsəri kimi

Las Veqasdan olan Barista Meyson Solsberi (Mason Salisbury) sadəcə yaxşı kofe hazırlamır, həm də latte üzərində darıxdırıcı təsvirlərə orijinal alternativlər düşünüb.
Kofeni bəzəyən adi süd köpüyünə Meysion qida boyası əlavə edir və nəticədə rəngbərəng naxışlar əmələ gəlir. Rəsmlərin yaranma prosesinə nəzər saldıqda, onların öz-özündən alındığını düşünmək olar. Lakin bu, səbr və təcrübə tələb edən çətin prosesdir. Bu istedadlı insanın instagram profili mövcuddur və orada öz işlərini paylaşır!
Cənubi Koreyadan olan barista isə özünə məxsus kofe hazırlamaq üsulu tapıb. O, köpüklə sadəcə rəsmlər çəkmir, əsərlər yaradır. Bir şey məlum deyil -belə kofeni necə içmək olar?
Kanbin Li Seulda yaşayır və C.Through kafesində çalışır. Burada o, kofe dəmləyir və onu rəngarəng rəsmlərlə bəzəyir. O, öz metodunu cremart adlandırır və ən uğurlu işlərini Instagram-a yerləşdirir.
Günə kofe içərək başlayanlar bu içkinin necə görünməli olduğunu heç düşünmür. Okayama prefekturasından (Yaponiya) Kazuki Yamamoto hesab edir ki, kofe incəsənət əsəri olmalıdır. O, süd köpüyündən ustalıqla heyvanlar düzəldir. İstedadlı barista fəaliyyətə restorandan başlayıb, indi isə onun kiçik şedevr işləri bütün dünyada məşhurluq qazanır.