“Gözəllik kraliçası” yenidən ADGTT-nın səhnəsində...

  • 25.04.2017
  • 1905

  • Mədəniyyət

Ötən istirahət günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan teatr məkanında ilk dəfə olaraq məşhur dramaturq Martin MakDonaxın “Lineynin trilogiyası”na daxil olan 3 əsərindən biri – “Lineynin gözəllik kraliçası” tamaşası növbəti dəfə nümayiş etdirilib. 

Tamaşanın quruluşçu rejissoru Böyük Britaniyalı rejissor Yan Vilyem Van Den Boş, quruluşçu rəssamı Liza Kuk (Böyük Britaniya), işıq üzrə rəssamı Maykl Manyondur (Böyük Britaniya).  Tamaşada əsas obrazları Əməkdar Artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova, Eşqin Quliyev ifa ediblər. Pyesanın süjet xətti Meq adlı, 70 yaşlı xudbin və hiyləgər anasına qulluq edən 40 yaşlı, ərə getməmiş Morin Folan adlı qızın taleyini izləyir. Morinin bacıları ərə gedərək, bu aqibətdən canlarını qurtarıblar. Keçmişdə ruhi xəstəliyə düçar olmuş Morin isə anası ilə qeyri-sağlam münasibətlər mühitində ilişib qalıb. Xaricdən qayıtmış, lakin tezliklə yenə yola düşəcək Pato Dulinin gəlişi xoşbəxtliyə qovuşmaq şansını Morinə bəxş edəcəkmi?



Məlumat üçün bildirək ki, Martin MakDonaxın hazırda 3 əsəri “Lineynin gözəllik kraliçası”, “Konnemarada bir kəllə” və “Yalqız Qərb” ADGTT-nın repertuarında möhkəm yer tutaraq 2014 və 2016-cı illərdə RF-in Perm şəhərində keçirilmiş I və II “Martin MakDonax” Beynəlxalq Teatr Festivallarında nümayiş olunub, “Yalqız Qərb” tamaşası Beynəlxalq Münsiflər heyətinin qərarına əsasən Festival Prezidentinin əsas mükafatına, “Gözəllik kraliçası” tamaşası isə Festivalın “ən yaxşı tamaşa” nominasiyasına layiq görülüb. 



Gələn ay ölkəmizdə keçiriləcək “IV İslam Həmrəyliyi Oyunları” müddətində kollektiv hər üç tamaşanı ölkəmizə təşrif  buyuran qonaqlar və xarici turistlər üçün də nümayiş etdirəcək.



Mədəniyyət
Bakıda olan 8 tarixi və müasir məscid

Sizin üçün Bakıda olan 8 tarixi və müasir məscidin siyahısını və tikilmə tarixini hazırladıq. Məscidin hər biri öz gözəlliyi ilə cəlb edir və şəhərimizi daha da gözəlləşdirir.

5 yanvar 2022-ci il tarixində “Sehrli qala” festivalı çərçivəsində “Azərbaycanın qış gözəli” fotosərgisinin açılışı olub

Sərgidə ölkəmizin müxtəlif yerlərində təbiətin inanılmaz gözəlliklərini əks etdirən qış mənzərələri nümayiş etdirilib.

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.