"Məqsəd: Yaz" foto sərgisinin açılışı olub
30 Mаy 18:00-da Azərbaycanın Milli İncəsənət Muzeyində foto sərgi açılışı olub. "Məqsəd: Yaz" Azərbaycanın təbiət gözəlliklərinə və azərbaycan rayonlarının müxtəlif obrazlı landşaftına həsr olunub.
Azərbaycan – təzadlı təbii zonaları ilə tamamilə bənzərsiz bir ölkədir, burada müxtəlif möhtəşəm mənzərələr görmək mümkündür: səhralar, çöllər, tropik plantasiyalar, qayalıqlar, dərələr, dəniz sahilləri, hündür dağlıqlar, Alp çəmənlikləri, insan ayağı dəyməmiş yüksək dağlıqlar, meşələr, rəngarəng çiçəklərlə örtülmüş əzəmətli düzənliklər.
Sərginin kuratoru Rüstəm Hüseynovun sözlərinə görə məqsəd şəkillər vasitəsi ilə azərbaycanın təbii sərvətlərinin müxtəlifliyini və gözəlliyini nümayiş etdirmək, rayonların turistik potensialına marağı gücləndirmək və bu incəsənətin janrı kimi peyzaj fotolarına diqqət cəlb etməkdir.
Bahar – ilin elə fəslidir ki, hətta boz səhralar da parlaq güllü xalı ilə örtülür. Sərgidə Rüstəm Hüseynov, İlkin Kəngərli, Emiliya Qazi və Denis Sveçnikov kimi fotoqrafların işi nümayiş olunub. Xüsusilə, bu layihə üçün fotorəssamlar Azərbaycan baharının ən gözəl anlarını “ovlamaq” məqsədilə bir neçə ay regionları gəziblər. Sərgi 2 İyuna qədər davam edəcək.