Qocalmağın qarşısını alan 6 məhsul

Xoşbəxtlikdən təbiətdə qocalığın qarşısını alan hətta prosesi tərsinə çevirən tərkibində antioksidantlar  olan çox məhsul var. Onlardan bəzilərini sizin üçün dərc edirik.

Sarıkök

Haqlı olaraq dəri qocalması ilə  barizədə sarıkök ən ön sırları tutur. Onun tərkibində orqanizmə lazımlı olan bir  çox vitaminlər və mikroelementlər var : kalsium,dəmir, fosfor və yod vitaminlər B1, B2, B3, C və K. Sarıkökün tərkibində müxtəlif yağlar : efir yağları , fenol birləşmələr - hansılar ki kiçik dozada sağlam hüceyrələri məhv edən sərbəst radikalların-molekulların təsirini zəiflədir

Sarımsaq

Məşhur və hamının əldə edə biləcəyi məhsul - sarımsaq , o  orqanizmi cavanlaşdırmağa qadirdir. Tərkibində çoxlu mikroelementlər, efir yağları və antioksidantlar var. Bu məhsul cavanlığımızı həm zahirənhəm də daxilən qorumağımıza köməklik edir: sarımsaq  zərərli xolesterinin səviyyəsini aşağı salır, qanının təbii laxtalanmasına kömək edir, Sarımsaqdan ayrılan maddə- izotiosianat - xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.

Balıq

Salmon, skumbriya, alabalıq, sardina, siyənək və tuna omeqa 3-ün əvəzedilməz qaynağıdır. Uzun zamandır məlumdur ki, bu doymamış yağ turşuları anti-iltihab xassələrə malikdir, dəri, saç və dırnaqların qocalması ilə mübarizəaparır, həmçinin hüceyrələrdə qan dövranını surətləndirir.

Balqabaq tumları

Balqabaq tumları vitaminlər, amin turşuları və minerallar anbarıdır. Onların tərkibində fosfor, maqniy,niasin, fol turşusu, B qrup vitaminlər kiçik miqdarda,  həmçinin A, C, D və K vitaminləri mövcuddur. Lakin ən çox E vitamini cavanlığın ömrünü uzadan- effektiv anti oksidant  mövcuddur.  Həmçinin bu tumların tərkibində vacib mikroelement olan kollagenin yaranmasına təsir edən sink mövcuddur. Kollagen bildiyiniz kimi  dəri hüceyrələrinin yenilənməsinə təsir edir. O dərinin elastik olmasına  saçların və dırnaqların  ,damarların sağlamlığına və dərinin qocalmasına təsir edir.

Təbii tomat şirəsi

Cavanlığın ömrünü uzatmağa və dərinin vəziyyətini yaxşılaşdırmağa sizə yetişmiş tomatların təbii şirəsi kömək edər.  Antioksidantlarla bol olan bu tərəvəz şirəsi üz dərisində erkən əmələ gələn qırışların qarşısını alır. Mütəxəssislər gün ərzində təxminən 1 stakan tomat şirəsi içməyi tövsiyə edirlər.

Kakao

Alimlər araşdırıblar ki gündəlik bu ətirli içkidən istifadə edənlər  daha gec qocalırlar. Kakao dəri hüceyrələrinin normal funksia göstərməsinə təsir edir və onun cavanlığını qoruyub saxlayır.  Kakao  təbiətdə rast gəlinən vitaminlərlə bol içkilərdən biridir. Onun tərkibində A, PP, E və B vitaminləri həmçinin kalsium, sink , ftor, maqnium və kaliy mineralları mövcuddur.



Maraqlı
Qız təsadüfən bloq üçün çəkdiyi video zamanı sevgilisini güllələyib

O təsadüf nəticəsində sevgilisini youtube kanalı üçün video çəkərkən güllələyib.

Sizcə bu qızların neçə yaşı var?

Cavabınız var? Onda baxmağa davam edirik.

Uşaq anasının telefonunu oğurlayıb qaçırdı. Sonradan anası kameranın hər şeyi çəkdiyini başa düşdü

Oğurluq heç də yaxşı əməl deyil. Bu şirin balaca oğru anasının telefonunu oğurladıqdan sonra iternet məşhuru olub.

Bütün məqalələr
Ailəvi gedə biləcəyiniz filmlər

Asudə vaxtlarınızı ailənizlə birlikdə film izləyərək keçirmək istəyənlər üçün təkliflər. Kinolar 15-25 mart tarixlərində sinemalarda nümayiş olunan filmlərdir.

13-19 Mart Tarixlərində Uşaqlarınızla Gedə Biləcəyiniz 6 Tamaşa!

Bayramdan öncəki son həftəni ailəniz və uşaqlarınızla birlikdə faydalı və əyləncəli keçirmək istəyirsinizsə, sizə Bakıda gedə biləcəyiniz 6 teatr tamaşası təklif edirik!

Moskva metrosu: Böyük Dairəvi Xətt dünyanın ən uzun xəttinə çevrildi

Martın 1-də Moskvada metro sisteminin genişləndirilməsi və müasirləşdirilməsi, o cümlədən Dairəvi xəttin yükünün azaldılması və Moskvada tıxac probleminin yüngülləşdirilməsi üçün nəzərdə tutulmuş metronun Böyük Dairəvi Xətt (BDX) tam istifadəyə verilib. 31 stansiya və 3 elektrik deposunun yerləşdiyi BDX-nin ümumi uzunluğu 70 km təşkil edir.