Populyar oyuncaqlar sağlamlıq üçün zərərlidir: spinnerdə yüksək dərəcədə qurğuşun var

Spinnerin son zamanlar sürətlə qazandığı populyarlıq mütəxəssisləri onun təhlükəsi barədə düşünməyə vadar etdi. Onu rentgen fluoresent spektrometri ilə test edərək alimlər onun tərkibində çox sayda qurğuşun aşkar edib. Bu uşaq oyuncağında ziyanlı maddənin miqdarı normadan 211 dəfə artıqdır.
Bəzi alimlər iddia edir ki, bu dəbli oyuncaq insanlara olduqca ziyandır. Tamara Rubin tədqiqat apararaq aşkar edib ki, bu oyuncağın tərkibində yüksək dərəcədə qurğuşun mövcuddur.
O, rentgen fluoresent spektrometri ilə müəyyən edib ki, spinnerdə qurğuşunun miqdarı milyonda 19000 hissəcik təşkil edir. Hər kəsə məlumdur ki, qurğuşun zəhərli maddədir, buna görə də onun tərkibi izlənilir.
Alimlər qeyd edirlər ki, spinnerlərdən imtina etməyə çağırmırlar. Lakin ehtiyyat tədbirlərinə əməl etmək və belə oyuncaqları yalnız yoxlanılmış yerlərdən almaq zəruridir. Əgər uşağınızın oyuncaqları arasında spinner varsa, onda məhdud zaman kəsiyində onunla oynamağa icazə verməyiniz məsəhətdir.