Yeni doğulmuş oğlunun səsini eşidən kişi uzun müddətli komadan çıxıb

Kişi 3 aydı düşdüyü komadan yeni doğulmuş oğlunun səsini eşidərək çıxıb. KİV-in məlumatına görə Conni Littl ağır istehsalat travması alıraq başından güclü zədələnir.
Zərərçəkmişin həyat yoldaşı analıq məzuniyyətinə çıxır və doğuşa hazırlaşır.Əri komaya düşüb və həkimlər hər hansı proqnozun mümkünsüzlüyünü deyir. Qadın ərindən yalnız doğuş zamanı uzaqlaşır. Bir neçə gün sonra o, yeni doğulmuş oğlu ilə ərinin yanına qayıdır. Körpə atasının, nəhayət ki, oyanmasına səbəb olur. Bir neçə il sonra Conni Littl etiraf edir ki, xanımı ilə oğlu onun üçün hərəkətverici qüvvədir. Oyandıqdan sonra o, uzunmüddətli reabilitasiya kursu keçməli olub.
Hal-hazırda kişi tam sağlamdır və əvvəlki işinə qayıdaraq ailəsini təmin edir. Littl əmindir ki, inam varsa, insan hər şeyə nail ola bilər. Qeyd edək ki, xanımı artıq ikinci övladı dünyaya gətirib.
https://www.instagram.com/p/BVHfHhOAfme/