Günahsız insan öz oxşarının əvəzinə 17 il cəza çəkib

1999-cu ildə Riçard Cons soyğunda günahlandırılaraq 19 il cəzaya məhkum edilib.
ABŞ-da ona çox oxşayan cinayətkarın yerinə 17 il cəza çəkmiş Kanzas sakini azdlığa çıxıb.
1999-cu ildə Riçard Cons soyğunda ittiham edilərək 19 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O, yalnız şahidlərin ifadəsi əsasında ittiham edilib.
Cons özünü günahkar bilməyib və hüquq müdafiəçilərinə müraciət edib. Məlum olub ki, cinayət baş verən ərazinin yanında məhkuma olduqca bənzəyən Riki adlı bir nəfər yaşayır.
Yeni məhkəmə dinləməsi zamanı şahidlər hər iki kişinin şəklinə baxaraq Consun günahkar olduğuna əmin olmadıqlarını deyiblər.
Bundan sonra hakim qərarı əsassız hesab edib və ötən həftə Riçard Cons azadlığa buraxılıb.
- ВКонтакте
- РћРТвЂВВВВВВВВнокласснРСвЂВВВВВВВВРєРСвЂВВВВВВВВ