Alimlər toyuq yumurtasının yeni faydalarını aşkar edib

Vaşinqton universitetinin elmi işçiləri toyuq yumurtasının növbəti tədqiqat prosesində onun hər kəsi heyran edən daha bir neçə faydasını aşkar edib. Alimlər Ekvadorda 6 aydan 9 aya qədər uşaqları müşahidə edərək bir qrup uşağa yarım il ərzində gündə bir ədəd qaynadılmış yumurta verib. Hər gün yumurta ilə bəslənən uşaqların inkişafı bir yarım dəfə daha yaxşı getməyə başlayıb.
Toyuq yumurtasının faydaları hər kəsə çoxdan məlumdur.
Birləşmiş ştatların alimləri bildirir ki, kiçik yaşdan tez-tez toyuq yumurtası yeyən uşaqlarda inkişafdan qalma daha az rastlanır. Bununla belə peşəkarlar qeyd edir ki, yumurta yeyən uşaqların rasionunda şirin qazlı qidaların qəbulu azalır.
ABŞ-da keçirilən tədqiqatlar toyuq yumurtaları yeyən uşaqların daha yaxşı inkişaf etdiyini göstərdi. Pediatrlar hesab edir ki, yumurta inkişaf edən orqanizm üçün daha faydalıdır. Bu məhsulun uşağın inkişafına olduqca böyük təsiri var.