İdman üçün olan proteinləri (sport zülalı) nə ilə əvəz etmək olar?

  • 19.06.2017
  • 25279

  • Maraqlı

Evdəki məhsullardan keyfiyyətli protein  kokteyli hazırlamaq mümkündürmü? Toz şəklində olan zülalı quru südə və ya körpələr üçün olan yeməyə dəyişmək mümkün olarmı?

Protein nə ilə məşhurdur?

Bir neçə səbəbdən- laktozaya allergiya, büdcə məhdudiyyəti bir çox məşq edənlər toz zülaldan istifadə edə bilmirlər. Onları bir sual narahat edir evdə bu zülalı quru süd və ya uşaq yeməyi ilə əvəz edə bilərikmi? Bəziləri apteklərdə BCAA amin turşularına və keratinə  alternativ axtarırlar düşünürlər ki sport qidayla müqayisədə "aptek" məhsulları daha daha effektivdir. Hələ bəzi yeni başlayanların çiy yumurta  və yulaf yarmasından zülal kokteyli etmələrini demirəm.

Məşqdən sonra protein

Xatırladaq ki məşqdən sonra əzələlərin böyüməsi və bərpası üçün orqanizmə daha çox karbohidrat lazımdır nəinki zülal. Treningdən sonra 2 banan və bir stakan süddən hazırlanmış kokteyl  1 pors şəkərsiz zülal kokteylindən daha faydalıdır. Bundan əlavə zülal qəbulunun məşqdən sonra yox məşqdən 2-3 saat əvvəl olması daha vacibdir. Bu mədədə ağırlıq hissi olmadan qanda  amin turşularıni yüksək səviyyədə tutur. Əslində siz zülalı evdə suda bişirilmiş yumurta ilə də əvəz edə bilərsiniz , çünki məşqə qədər onlar həzm olunacaqlar.

Ev üsulu protein  kokteyli

Protein kokteylinin mənası onun duru olmasında deyil-onun tərkibindəki  maksimal dərəcədə zülalın tez assimlyasiyasındadır. Mədəyə düşən kimi zülalın ən kiçik hissələri bir neçə saniyə ərzində həzm olunurlar və qana amin turşusu olaraq qarışırlar.

Bu cür qarışımı çiy yumurta süd və digər məhsullardan əldə etmək mümkünsüzdür. Hətta siz bütün bunları blenderdə yaxşıca qarışdırsanız da  bu kokteylin tərkibi və həzm müddəti ən aşağı keyfiyyətli toz zülaldan çox uzaq olacaq .

Proteini quru süd ilə əvəz etmək olarmı?

Əslində zərdab protein elə quru süddür-maksimum dərəcədə yağdan və zülaldan (laktozadan) və digər lazımsız qarışımlardan  təmizlənmiş süd. Hətta quru südün  kalorisi çox yüksəkdi nəinki proteinin. Proteini quru südə dəyişmək məsləhət görülmür. Onun tərkibində çox miqdarda laktoza var.

Uşaq yeməkləri

Xüsusi uşaq yeməkləri quru süddən çox fərqlənir- onlar qarşıqlardan təmizlənmişdir və  tərkibində orqanizm üçün vacib vitamin və minerallar var.  Lakin bu vitaminlərin miqdarı  zərdəb proteindən çox yüksəkdir.

Kreatini nə ilə əvəz etmək olar?

Kreatin əzələlərin enerjik həcmini artırmaq üçün və əzələlərin vizual  həcmini böyüdən əlavə sayılır. Əslində kreatin mono hidratı  digər sport qidaları və aptek preparatları ilə əvəzləmək qeyri mümkündür. Lakin kreatin –tipik əzələ hüceyrəsindəndir və o heyvan ətində mövcuddur. Əgər günə 100-200 qr ət yeyirsinizsə gündəlik kreatin tələbinizi ödəmiş olursunuz. Xatırladaq ki o orqnizmdə yavaş-yavaş yığılır.

Həqiqətənmi proteinə ehtiyac var?

Əzələlərin böyüməsi üçün zülala ehtiyac olduğunu bilirik.Lakin burda əsas rolu  idman üçün olan protein deyil , karbohidrat və zülallarla qidanın yüksək kalorili olması oynuyur. Bədənin hər kiloqramı üçün 1.5-2q  zülal kifayət edir. Hətta siz rasionunuzdan toz proteini, kreatini, idman üçün olan qida əlavələrini və əvəzedicilərini çıxarsanız, ümumi dietiniz üzərində fikirlərinizi cəmləsəniz  daha tez nəticə əldə edəcəksiniz, məhz bu vegeteryanların belə ət yemədən əzələ yığmalarına kömək edir.

Evdəki məhsullarıdan protein kokteyli hazırlamaq  və ya onu quru südlə əvəzləmək qidalanma qaydalarını bilməməkdən xəbər verir. Əzələ yığmaq üçün heç də idman qidalarına ehtiyac yoxdur. Sadəcə diyetanıza fikir versəniz yetər.



Maraqlı
Bakıda xanımlar üçün ən yaxşı hamamlar

Qadınlar üçün nəzərdə tutulmuş bu hamamlar öz rahatlığı və xidmətləri ilə seçilir

SkyCinema

Bakıda ən qeyri-adi “AutoCinema”nın ikinci filialı açılır

Dance Planet Mega Party Giveaway

Dance Planet Mega Party Giveaway-ə qatıl və möhtəşəm partinin iştirakçılarından biri ol! Müsabiqənin sonunda izləyicilərimizə ümumilikdə 10 bilet hədiyyə olunacaq.

"BiznesdəSən 2023" forumu

İdeyanız var, amma həyata keçirə bilmirsiniz? Biznes qurmaqda maraqlısınız, amma haradan başlayacağınızı bilmirsiniz? O zaman bu forum sizin üçündür!

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!