Lift baylong – dünyanın ən yüksək lifti

Lift baylonq Çində- Hunan əyalətində yerləşir və turistləri qayalı dağların göyərtəsinə - 360 metr hündürlüyə qaldırır.
Liftin 2 mərtəbəli kabininə 50 nəfər yerləşir. Kompleksə 3 belə lift daxildir hər birinin yük qaldırma gücü 3750kq-dır. Liftin divarları əlbəttə ki şəffafdır. Bu kompleksi tikmək üçün işlərə 1999-cü ildə başlanılmış və 2002-də bitirilmişdir. Tikintinin dəyəri 18 milyon dollara yaxındır.
Liftin YUNESKO tərəfindən qorunan ərazidə tikilməsi layihəsi ekoloqların şiddətli müqavimətinə rast gəlib. Liftin sütunları kvars qumdaşına min yerdən bərkidilməli idi. Zəlzələdən xəbər verən sensorlarla təchiz olunma təhlükə anında hər üç liftin göyərtədə olan bütün turistlərin evakuasiya olunmasını təmin edir.
Bu tikinti Ginnesin Rekordlar Kitabına düşüb-açıq görüntülü ən yüksək lift, ən yüksən iki mərtəbəli ekskursiya lifti, ən surətli passajir lifti, ən güclü lift.