Fotoqraf toy şəkilləri çəkməyin mükəmməl üsulunu tapıb

Sizin bəzilərinizə yəqin ki Piter Adams Şonun adı tanışdır.Onun göz bəbəklərinin əksində çəkdiyi toy şəkilləri keçən ilin ən məşhur mövzularından idi.
İndi isə o üzüklərin əksində şəkil çəkmək fikrinə düşüb. Lakin deyir ki bu daha çətindir. Onun ringscape adlanan bu təcrübəsi 2012-ci ildən bəri davam edir.
Son bir neçə ayda bu layihə xeyli inkişaf edib, şəkillər daha mürəkkəb və daha maraqlı alınmağa başlayıb-fotoqraf deyir.
Piter bizi daha nələrlə təəccübləndirəcək? Gəzən söhbətlərə görə o sabun köpükləinin əksində şəkillər çəkməyi planlaşdırır.Əgər bu doğru çıxarsa əmin olun biz mütləq bu barədə sizə danışacıq.