Dubayda robot polis işə başlayıb
2030-cu ilə qədər Dubayda robotlardan ibarət polis bölməsi yaradılacaq. İlk polis robot isə 24 maydan artıq işə çıxır. REEM robotu PAL Robotics ispan kompaniyası tərəfindən layihələşdirilib. REEM 1.67 metr boyunda, iki əlli və sinəsində sensor ekranı olan robotdur. Polis robot təkərlərlə hərəkət edir və turistik məkanlara və ticarət mərkəzlərinə nəzarət edəcək. Onun vəzifələrinə suallara cavab vermək, məlumat vermək və cərimələri qəbul etmək daxildir. Robot doqquz dildə danışır.