Manolo Blanik. İncəsənət kimi ayaqqabı
Avropada "Manolo Blanik. İncəsənət kimi ayaqqabı" sərgisi keçirilir. Sərgi Mariya Antuanetta zamanından başlayaraq bugünümüzə qədər qadın ayaqqabıları sevənlərin ürəyincə olacaq. Ekspozisiya altı tematik seksiyadan ibarətdir: "Təbiət", "Qala", "İncəsənət və Memarlıq", "Ürək", "Coğrafiya", "Materiallar". Sərgidə Manolo Blanikin 45 il ərzində yaratdığı qədim ayaqqanbılar təqdim edilir. "The Art Of Shoes" Manolo Blahník bu ilin aprel ayında Milanda keçirilib. Onun kreativ işləri Palazzo Morando-da (Palazzo Morando – Costume Moda Immagine) təqdim edilib. Daimi kolleksiya ilə birlikdə dizaynerin hazırladığı 80 eskiz və 212 cüt ayaqqabı təqdim edilib. Milandan sonra sərgi Sankt-Peterburqa köçüb. Burada 23 iyula qədər davam edəcək. Sonra Praqa, Madrid və Kanadaya yollanacaq.
Bu günlərdə Manolo Blanik öz qəbilində yeganə fuksin rəngli və pomponlu çəkməni (botinka) təqdim edib. Çəkmənin qiyməti 5700 dollardır. Manolo bu çəkməni məşhur kristal brendi Preciosa ilə birgə yaradıb. Pomponlardan əlavə botinka-stilettonu böyük Preciosa kristalları bəzəyir.