Zaradan pizza, tropik və saçaqlı çanta kolleksiyası
Zara yay aksesuarlarına xüsusi yanaşır. Xüsusi olaraq bu yay mövsümü üçün Zara pizza şəklində kiçik çimərlik çantası təklif edir. Yemək təsvirli digər aksesuarlardan fərqli olaraq Zara çantasını olduqca gözəl və kreativ adlandırmaq olar. Çantanın üstü pizzanın ərzaqlarını təsvir edən tikmə naxışlarla bəzədilib: zeytun, pomidor və pendir. Çanta çox da böyük deyil və istirahət üçün uyğundur. Çantanın qiyməti endirimlə - 49 AZN.
Zara brendinin yay çantalarında tropik motivlər hiss edilir. Tez-tez palmalara, banana, ananasa, limona rast gəlinir.
Müxtəlif rənqli tikmə naxış, çıxarıla bilən çiyin asılqanı, astar, cib, gümüşü metal detallar çantanı fərqli edir. Bu çantanı 59 AZN-ə əldə edə bilərsiniz.
Canta dekorativ detallı, çiyin asılqanlı, gümüşü metal detallı müxtəlif rəng və formalarda təqdim edilir. Bu təkrarsız çantanı cəmi 49 AZN ödəməklə əldə edə bilərsiniz.
Bu "bananlı" çanta isə 39 AZN-ə təqdim edilir.
Çıxarıla bilən çiyin asılqanlı və qızılı metal detallı ağ və qara rəngli ananas formalı çantanın qiyməti - 39 AZN
"Meyvə" applikasiyalı mini-çantanın əl tutacağı, çiyin asılqanı, metal gümüşü detalları və maqnitli bağlaması var. Qiyməti - 39 AZN