Azertelecom şirkəti ilə Facebook korporasiyası arasında müqavilə imzalanıb

  • 08.11.2017
  • 8771

  • Turizm

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan milli magistral (backbone) internet operatoru “Azertelecom” MMC ilə Facebook korporasiyası arasında Facebook şirkətinin CDN (məzmun çatdırılma şəbəkəsi) keş serverlərinin “Azertelecom” MMC-nin Data mərkəzində yerləşdirilməsi barədə müqavilə imzalanıb. Artıq Facebook şirkətinin serverləri “Azertelecom” MMC-nin Data mərkəzində uğurla quraşdırılıb və cari ilin noyabrın 1-dən etibarən tam olaraq istifadəyə verilib. 
Qeyd etmək lazımdır ki, bu serverlərin quraşdırılması ölkəmizdə yerli facebook istifadəçiləri üçün geniş imkanlar açır. Belə ki, facebook şirkətinin CDN serverlərinin “Azertelecom”un Data mərkəzində yerləşdirilməsi ilk öncə bu sosial şəbəkənin istifadəçilərinin facebook kontentinə daha qısa zaman ərzində qoşulması və tələb olunan kontenti daha asan və sürətli şəkildə yükləməsi imkanını yaradır. Digər tərəfdən facebookun təqdim etdiyi kontentin yüklənməsi üçün trafik artıq xarici data serverlərdən deyil, məhz “Azertelecom” MMC-nin Data Mərkəzindəki serverdən yüklənir ki, bu da birbaşa olaraq kontentin keyfiyyətinin əhəmiyyətli şəkildə yüksəlməsinə gətirib çıxardır. Eyni zamanda bu yenilik xaricdən alınan trafikə də müvafiq olaraq qənaət edilməsinə, qənaət olunan trafikin isə daha optimal şəkildə digər istiqamətlərdə istifadəsinə əlverişli şərait yaradır.  “Azertelecom” şirkətinin Facebook korporasiyası ilə bu əməkdaşlığı Azərbaycanda populyar olan bu sosial şəbəkənin istifadəçiləri üçün kontentin çatdırılmasını maneəsiz, sürətli və daha əlçatan etməklə bərabər məlumatların da  emalını sürətləndirir.
 Qeyd edək ki, “Azertelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və telekommunikasiya operatorunun təqdim etdiyi xidmətlər arasında internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTB (binaya qədər fiber optik xətt), Data mərkəz xidmətləri, VPN (virtual şəxsi şəbəkə), VoİP (İP protokolu üzərindən səsin ötürülməsi), DDOS hücumundan müdafiə və digər xidmətlər vardır. Azertelecom MMC müştərilərə innovativ və yüksək keyfiyyətli telekommunikasiya xidmətlərinin təqdim olunması istiqamətində fəaliyyətini davam etdirir.
Şirkət haqqında daha ətraflı məlumatı şirkətin www.azertelecom.az rəsmi internet saytından və Facebook (www.facebook.com/azertelecom.az) sosial şəbəkəsindəki səhifəsindən əldə etmək mümkündür.
 



Turizm
Apple yeni iPhone 8-in qiymətini açıqlayıb

Apple istehsalına bir neçə gün qabaq başlanılmış yeni iPhone 8-in qiymətini açıqlayıb

Microsoft Xbox One X yeni oyun lövhəsini təqdim edib

Microsoft Xbox One X yeni oyun lövhəsini təqdim edib. Satışı 2017-ci ilin noyabr ayında start götürəcək

Intel Core i9 Extreme 18 nüvəli prosessoru təqdim edib

İntel-in yeni prosessorlar ailəsinə yenilənmiş Core i5 və Core i7 versiyalar, həmçinin tamamilə yeni Core i9 modeli daxildir

Instagram saytın mobil versiyasından şəkil paylaşmağa icazə verib

Instagram saytın mobil versiyasından şəkil paylaşmağa icazə verib

Bütün məqalələr
UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

Bakı Piano Festival 2023 Braziliya virtuozları Hamilton de Holanda Trio-nun atmosfer konserti ilə başa çatıb

Konsertdə proqramın əsas məqamı əfsanəvi braziliyalı bəstəkar Antonio Jobimin əsərləri olub. Konsertin sonunda tamaşaçıların sürəkli alqışları altında musiqiçilər ankor ifa ediblər. Bu axşam festivala layiqli yekun vuruldu.

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.