“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı

  • 01.03.2018
  • 8177

  • Mədəniyyət

“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən Bakıda 2018-ci il 7-14 mart tarixində “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçiriləcəkdir. 
Festival çərçivəsində Bakı və Gəncə şəhərlərində Azərbaycan və xarici musiqiçilərin iştirakı ilə konsertlərin təşkili, beynəlxalq elmi simpoziumun, beynəlxalq muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur. 
Tədbirlərdə iştirak etmək üçün Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş və başqa ölkələrdən musiqiçi və münsiflər heyəti dəvət olunmuşdur.
Festivalın təntənəli bağlanış mərasimi 14 mart 2018-ci il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaqdır. Gecədə bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Muğam müsabiqəsi qalibləri çıxış edəcəklər.

“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı
07-14 mart 2018-ci il

7 mart saat 11.00
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası
Simfoziumun açılışı

7 mart saat 19.00
Heydər Əliyev Sarayı
Festivalın açılışı
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri
Azərbaycan Dövlət Xor Kapellası
Bədii rəhbər Gülbacı İmanova
Azərbaycan Dövlət Rəqs Ansamblı
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu 
Bakı Xoreoqrafiya Akademiyasının balet truppası
Dirijor Xalq artisti 
Fəxrəddin Kərimov

8 mart saat 17.00
Beynəlxalq Muğam Mərkəzi
“Rast” muğamı
Solist
Elnur Zeynalov

8 mart saat 19.00
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası
kollektivlərinin konserti

8 mart saat 19.00
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Üzeyir Hacıbəyli “Koroğlu” operası

9 mart saat 11.00
Azərbaycan Milli Elmlər Akademiyasının
Gəncə bölməsi
Simpoziumun davamı

9 mart saat 17.00
Beynəlxalq Muğam Mərkəzi
“Şur” muğamı
Solist
Qoçaq Əsgərov

9 mart saat 19.00
Kamera və Orqan Musiqisi Zalı 
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti
Bədii rəhbər və baş dirijor 
Teymur Göyçayev

9 mart saat 21.00
Marionet Teatrı
Ü.Hacıbəylinin eyniadlı operası əsasında 
“Leyli və Məcnun” tamaşası

10 mart saat 10.00
Azərbaycan Milli Konservatoriyası 
V BeynəlxalqMuğam müsabiqəsinin açılış mərasimi, püşkatma və dinləmələr

10 mart saat 11.00
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası
Simpoziumunbağlanışı

10 mart saat 17.00
Beynəlxalq Muğam Mərkəzi 
“Segah” muğamı
Solist
Babək Niftəliyev

10 mart saat 19.00
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 
Qara Qarayev “Yeddi gözəl” baleti

10 mart saat 20.00
Azərbaycan Milli Konservatoriyası
Mənsum İbrahimov və “Qarabağ” muğam qrupu

11 mart saat 10.00
Azərbaycan Milli Konservatoriyası 
V BeynəlxalqMuğam müsabiqəsinin dinləyişləri

11 mart saat 17.00
Beynəlxalq Muğam Mərkəzi 
“Çahargah” muğamı
Solist
Abgül Mirzəliyev

11 mart saat 19.00
Azərbaycan Dövlət Musiqili Teatrı 
Üzeyir Hacıbəyli - “O olmasın, bu olsun” 
musiqili komediyası

12 mart saat 10.00
Azərbaycan Milli Konservatoriyası 
Muğam müsabiqəsinin dinləyişləri

12 mart saat 17.00
Beynəlxalq Muğam Mərkəzi
“Bayatı-Şiraz” muğamı
Solist
Arzu Əliyeva

12 mart saat 19.00
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 
Firəngiz Əlizadə -“Nəsimiyə ithaf” 
vokal-xoreoqrafik tamaşa

12 mart saat 20.00
Azərbaycan Milli Konservatoriyası
Ənvər Sadıqov və “Qaytağı” ansamblı

12 mart saat 21.00
Azərbaycan Dövlət Mahnı Teatrı 
Etno-caz musiqisi axşamı
“Cəngi” etno-caz qrupu
Bədii rəhbər 
Mircavad Cəfərov

13 mart saat 11.00
Azərbaycan Milli Konservatoriyası 
Muğam müsabiqəsinin bağlanışı

13 mart saat 17.00
Beynəlxalq Muğam Mərkəzi 
“Şüştər” və “Hümayun” muğamları
Solistlər
Nisbət Sədrayeva
Məmməd Nəcəfov

13 mart saat 19.00
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Müslüm Maqomayev “Şah İsmayıl” operası

13 mart saat 20.00
Azərbaycan Milli Konservatoriyası
“Muğamsayağı”

14 mart saat 19.00
Azərbaycan Dövlət Akademik Filarmoniyası
Festivalın bağlanış mərasimi
Muğam müsabiqəsi qaliblərinin iştirakı ilə konsert
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri
Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və RəqsAnsamblı
Bədii rəhbər və baş dirijor
Ağaverdi Paşayev



Mədəniyyət
Bakıda olan 8 tarixi və müasir məscid

Sizin üçün Bakıda olan 8 tarixi və müasir məscidin siyahısını və tikilmə tarixini hazırladıq. Məscidin hər biri öz gözəlliyi ilə cəlb edir və şəhərimizi daha da gözəlləşdirir.

5 yanvar 2022-ci il tarixində “Sehrli qala” festivalı çərçivəsində “Azərbaycanın qış gözəli” fotosərgisinin açılışı olub

Sərgidə ölkəmizin müxtəlif yerlərində təbiətin inanılmaz gözəlliklərini əks etdirən qış mənzərələri nümayiş etdirilib.

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!