Kanada animasiya filmi “CinemaPlus” da peşəkar Azərbaycan dublyajında nümayiş olunur.

  • 05.03.2018
  • 3996

  • Mədəniyyət

Premium kinoteatrlar şəbəkəsi “CinemaPlus”-da 2018-cı ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş “Cirtdanlar” Kanada animasiya filminin  nümayişi baş tutub. 
Dublyaj redaktoru Vüqar Hüseynov,rejissoru Rövşən Məmmədli, səs rejisoru Orxan Həsənli və Azad Vəliyev , tərcüməçi Xumar Quluzadə, post prodakşn Vüqar İslamzadə, baş prodüseri Cəfər Axundzadə.
Filmi səsləndiriblər: Oksana Rəsulova, Əlixan Rəcəbov, Valeh Kərimov, Rövşən Məmmədli, Kamran Ağabalayev, Həlimə Axundzadə, Xumar Quluzadə, Xətai Əli, Səid Nizami, Ülfət Bəşir, Sevda Bıyık.
Ailəvi komediya cizgi filminin rejissorları Peter Lepeniotis və Shelly Shenoy.
Film haqqında qısa məlumat: Qədim evə köçərkən heç kim bu böyük evin özündə “kiçik” sirrlər gizlədiyini ağlına belə gətirə bilməzdi. Burada əsrlər boyunca yaşamış bağ qnomları dünyamızı zülümkar troqqlardan qorumuşlar. İnsanların isə başqa seçimi yoxdur – onlar bu böyük savaşa qoşulmalıdırlar...
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  



Mədəniyyət
Bakıda olan 8 tarixi və müasir məscid

Sizin üçün Bakıda olan 8 tarixi və müasir məscidin siyahısını və tikilmə tarixini hazırladıq. Məscidin hər biri öz gözəlliyi ilə cəlb edir və şəhərimizi daha da gözəlləşdirir.

5 yanvar 2022-ci il tarixində “Sehrli qala” festivalı çərçivəsində “Azərbaycanın qış gözəli” fotosərgisinin açılışı olub

Sərgidə ölkəmizin müxtəlif yerlərində təbiətin inanılmaz gözəlliklərini əks etdirən qış mənzərələri nümayiş etdirilib.

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.