"Bir eksponatın tarixi” layihəsi
Əziz dostlar və sənətsevərlər!
Azərbaycan Xalça Muzeyi sizi “Bir eksponatın tarixi” layihəsində muzeyin kolleksiyasında saxlanılan və maraqlı süjetə malik “Münəccimlər” xalçasının tarixinə səyahət etməyə dəvət edir! Xalçanın tarixçəsi onun müəllifi − Azərbaycanın Əməkdar Rəssamı, Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-Tətbiqi Sənət bölməsinin müdiri Aydın Rəcəbov tərəfindən təqdim ediləcəkdir.
Azərbaycan Xalça Muzeyi
12 may 2018-ci il, saat 14:00 – 15:00
Giriş sərbəstdir.