FireBistro
Dostlar, sizi FireBistro axşamına dəvət edirik! Bu Fireworks Urban Kitchen və Paris Bistro restoranlarının istedadlı aşpazlar tərəfindən hazırlanmış qastronomiya tədbirləri seriyasıdır. Birinci şam yeməyi 18 may Fireworks Urban Kitchen-də olacaq, ikinci isə – 21 may Paris Bistro-da.
Şam yeməyi konsepsiyası – "fermadan masaya" adlanır. Bu nə deməkdir? İki təcrübəli baş aşpaz Azərbaycanın rayonlarına unikal məhsulların axtarışlarına yola düşdü, ən yaxşısını və ən dadlısını tapıb gətirdilər. Latın Amerikası və Fransa aksentləriylə mövsümi ferma məhsullarıyla şam yeməyinə gəlin və həzz alın.
Wine. Dine. Enjoy.
Əyləncə proqramı 19.00-da başlanır.
Set-menyu qiyməti – 70 AZN
Fransa və Latın Amerika şərablarla set-menyu qiyməti – 125 AZN
Masa sifariş etmək üçün:
Fireworks Urban Kitchen: (055) 268 05 48
Paris Bistro: (012) 404 82 15