Amazon Cafe

«Amazon cafe» uşaqlar və gənclər üçün bir əyləncə mərkəzidir. «Amazon cafe»-nin gülərüz personalı sizi şən əhval ruhiyyədə qarşılayıb gözəl bir gün keçirtməyə kömək edəcək. “Amazon cafe” 3 mərtəbəli , eqzotik görüntüyə malik olan bir məkan, zooparkın yanında, yolun qıragında yerləşir.

Amazon Parki.
 
Mərkəzimizə daxil olarkən siz sehirli və möcüzəli bir məkana qərq olacaqsınız. Amazon parkda siz eqzotik heyvanlar aləmində istirahət edib, unudulmaz bir xatirələr əldə edəcəksiz. Real qörüntülü və real ölçülü canlılar timsahlar,dinozavrlar,ayılar,fillər,meymunlar,şirlər,leopardlar uşaqlarınızın vaxtını gözəl əyləncəyə və unudulmaz xatirəyə çevirə bilər. 

Cinema zali.
 
Mərkəzimizin aşağı mərtəbəsində 500/100 m2, 50 nəfərlik yüksək texnologiyaya uyğun olan 3D cinema zalı yerləşir. Burada uşaqlar və gənclər seçilmiş və dəbdə olan filmləri,sehirbazın çıxışını və kukla şousunu seyr edə bilərlər.

Kafe-Restoran. 

Sahəsi 800 m2 olan restoranımızda beynəlxalq dərəcəli aşbaz tərəfindən hazırlanan fast food, avropa və milli yeməklərin dadına baxa bilərsiniz. 200 nəfərə qədər gözəl dekorativ banket zalında ad günləri,şənliklər və sizin üçün əziz bir gün keçirə bilərsiniz. Uşaqların arzu və istəyini nəzərə alaraq xüsusi banket menyusu hazırlanır. 

Oyun və əyləncə zalı.
 
Mərkəzimizin ikinci mərtəbəsində 500m2 olan oyun və əyləncə zalında gözəl atraksionu seyr edib,ən son dəbdə olan 16 oyun avtomat maşınlarında əylənə bilərsiniz. 

Uşaq mətbəxi.

Bu xüsusi mətbəx «Amazon cafe»-nın ikinci mərtəbəsində yerləşir. Sahəsi 35 m2 olan bu mətbəxdə təcrübəli və beynəlxalq dərəcəli aşbaz uşaqlara master klass keçərək, avropa və milli mətbəxin xüsusi yeməklərinin hazırlanmasını oyrədəcək.

Qrim zali.

Mərkəzimizin ikinci mərtəbəsində uşaqlar üçün xüsusi ayrılmış qrim zalını seyr edə bilərsiniz. Bu zalda bizim təcrübəli rəssamlar uşaqlarınızı üz boyasi ilə bəzəyib,onlara gözəl əhval ruhiyyə bəxş edəçəklər.

Gift shop.

İkinci mərtəbənin girişində rəngarəng çeşitdə istənilən uşaq oyuncaqlarını, qolbaqları, müxtəlif film qəhrəmanlarının maskalarını və kostuyumlarını , əldə edə biləcəksiniz. «Amazon cafesi»-nin təcrubəli fotografı uşaqlarınızın istənilən gözəl anını foto və videoya çəkib unudulmaz xatirəyə çevirə bilər.
Bütün mərtəbələrdə sürətli WiFi internetinə qoşula bilərsiniz. 

Maşın saxlamaq üçün pulsuz dəyanacaq öhtənizə veriləcək. Sadəcə Amazon cafe-nin ümumi ərazisi 1800 m2 olduğunu. «Amazon cafe»-nin qapıları qonaqlarımıza hər gün saat 10:00- dan 23:00- dək açıqdır.


 


Ünvan: Kazım Kazımzadə küç., Roseville kompleksi (Zooparkın yanı)
Telefon: (+994 50) 207 51 11
İş vaxtı: 10:00-23:00
Mətbəx: Avropa , Azərbaycan , Fast food
Orta hesab: 30 - 70 AZN
Xüsusiyyətlər: Kredit kartla ödəniş , Masaların sifarişi , Banketlərin qəbulu , Wi-Fi , İçkilər , Fon musiqisi , Uşaqlar üçün əyləncə , Oyun aparatları , Park xidməti



AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.