Elan Uşaqlar üçün Heydər Əliyev Mərkəzinin Parkında tədbirlər
Heydər Əliyev Mərkəzinin Parkında tədbirlər

İstirahət günləri Heydər Əliyev Mərkəzinin Parkında bir neçə maraqlı tədbir keçiriləcək. 
24 iyun 16:00-da uşaqlar üçün rəsm dərsi keçiriləcək. Yaş həddi 4-15. Dərsin aparıcısı -rəssam Röya Həsənova. Giriş sərbəstdir. Bütün ləvazimatlar yerində verilir, qabaqcadan yazılmağa ehtiyac yoxdur. 
24 iyun 20:00-da Heydər Əliyev Mərkəzinin Parkında "East or West" qrupu çıxış edəcək. Konsertə giriş sərbəstdir.
25 iyun 10:00-da Heydər Əliyev Mərkəzinin Parkında uşaqlar üçün taekvondo dərsi keçiriləcək. Yaş həddi 5-16. Müəllim ikiqat Avropa çempionu, 14 qat Respublika çempionu, əməkdar idman ustası İlkin Şahbazovdur. Giriş sərbəstdir. İştirak etmək istəyənlər dərsə taekvondo formasında (dobok) qoşula bilər.
25 iyun 17:00-da Heydər Əliyev Mərkəzinin Parkında 5-16 yaş uşaqlara üçün şahmat turniri keçiriləcək. Qaliblər medallar və diplomlarla təltif olunacaq. Turnirdə iştirak etmək pulsuzdur. Qeydiyyat üçün nfo@heydaraliyevcenter.az ünvanına iştirakçının adını, soyadını və doğum tarixini yazmaq lazımdır.




Uşaqlar üçün
Bilet: Бесплатно Heydər Əliyev Mərkəzi




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.