
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 26-30 sentyabr 2017-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycanın Xalq rəssamı Asəf Cəfərovun 90 illik yubiley sərgisi keçiriləcəkdir. Sərginin açılışı 2017-ci il sentyabr ayının 26-da, saat 18:30-da təşkil olunacaqdır. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının və rəssamın ailə kolleksiyasından seçilmiş əsərləri nümayiş etdiriləcəkdir.
Asəf Əli İskəndər oğlu Cəfərov 1927-ci ildə Bakıda, İçərişəhərdə anadan olmuşdur. 1945-1950-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində ilk rəssamlıq təhsilini almış, 1951-1957-ci illərdə B.İ Surikov adına Rəssamlıq İnstitutunda ali təhsilini davam etdirmişdir. O, 1957-ci ildə oxuduğu institut tərəfindən Hindistan va Pakistana yaradıcılıq ezamiyyətinə göndərilmişdir.
Asəf Cəfərov tematik tablo, portret, mənzərə və natürmort janrlarında özünəməxsuz kompozisiya, kolorit ilə fərqlənən əsərlər yaratmışdır. Rəssamın yaradcılığında milli çalarlar, folklora müraciət və ənənəvi məzmunlu mövzular üstünlük təşkil edir.
Görkəmli fırça ustası “Ə.Vahid”, “V.Mustafazadə”, “S.Bəhlulzadə”, “Arif Məlikov”, “Cəfər Cabbarlı”, “Vəcihə Səmədova”, “Rəşid Behbudov” və s portretlərin muəllifidir. Rəssam bölgələrə yaradıcılıq ezamiyyətlərindən sonra ”Bakıda qar”, ”Qaş-Qaş”, ”Xəzər dənizi” adlı mənzərə janrında əsərlər işləmişdir. O, Abşeron mənzərələri silsiləsinə daxil olan “Abşeron”, “Daş hasarlar”, “Maştağa kəndi”, “Abşeronun qızıl qumları”, “Bakıda qış”, “İsti gün", “Qış”, “Əncir kolu”, “Bahar”, “Axşam motivi” və s. əsərlər işləmişdir.Asəf Cəfərovun “Nəsimi azad düşüncəlilərin məclisində”, “Oyanış” əsərlərini tarixi janrda işləmişdir.
Rəssam yaradıcılıq ezamiyyətlərində olduğu xarici ölkələrdə (İtaliya, Avstriya, Almaniya və s) tablolar işləmişdir. O, bir çox beynəlxalq sərgilərin iştrakçısı olmuş, Avstriyada “Dünya Təsviri Sənət Sərgisi”ndə (1980) “Qran Pri” mükafatını qazanmışdır.
26 Сентября - 30 Сентября
Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!
Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!
ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.
Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.
Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?