Elan Sərgilər "Biri var idi, biri yox idi..." sərgisi
"Biri var idi, biri yox idi..." sərgisi

Oktyabr ayının 23-də Bakıda Azərbaycan Rəssamlar İttifaqının himayəsi altında "HəArt" art-konsaltinq qrupunun həyata keçirdiyi "İncəsənətə HƏ" layihəsi çərçivəsində "Biri var idi, biri yox idi..." sərgi layihəsinin açılış mərasimi baş tutacaqdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilən incəsənət sərgisi zamanı müxtəlif yaş qruplarına aid uşaq və yeniyetmələrin təsviri və tətbiqi incəsənət sahələrində olan əsərlərini nümayiş etdiriləcəkdir. Kuratorlar sərginin mövzusunu nağıllara həsr ediblər çünki, nağıllar həm uşaq və böyükləri, bir sözlə bütün yaşdakı insanları birləşdirən bir növ unikal, lakin eyni zamanda da hər zaman müxtəlifliyə can atmasıla paradoksal şəkildə bir-birinə oxşar bir qeyri-adi aləmdir. Kiçik rəssamlar ziyarətçiləri incəsənətin sehirli dili vasitəsilə özlərinin "kiçik" dünyalarına, "nağıllar diyarına" səyahətə dəvət edirlər. 
Layihə çərçivəsində kuratorlar incəsənət sahəsində (rəsm, heykəltəraşlıq, tətbiqi incəsənət, və s.) fəaliyyət göstərən uşaq art studiyasının (GünxanArt studio) şagirdlərini olduğu kimi, eləcə də, xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin təhsil aldığı ixtisaslaşmış təhsil müəssisələrinin (“Müşviq” Qaradağ əlil mərkəzi) yetirmələrinin işlərini sərginin işinə daxil etmişlər. Sərgi təşkilatçıları bu iki müxtəlif aləmləri rəmzi olaraq təmsil edən uşaq-rəssamların incəsənət və dünyaya baxış prizmasından təhsil prosesində bədii təhsil və sənətin özunəməxsus rolu və hər bir uşağın şəxsi keyfiyyətlərinin formalaşmasında xüsusi təsirini müəyyən etmək və geniş kütlələrin diqqətini bu məsələyə çatdırmağı özünə məqsəd qoymuşdur.
Bu məqsədlədir ki, oktyabrın 24-də xüsusi mütəxəssis, səhiyyə işçiləri, pedaqoq və rəssamların iştirakı ilə bu aktual mövzu ətrafında geniş ictimai müzakirələr təşkil ediləcəkdir. 
Sosial xarakter daşıyan "İncəsənətə HƏ" layihəsi "HəArt" art-konsaltinq qrupu tərəfindən geniş kütlələrə çağırış olaraq başladılmışdır. Əsas hədəflər incəsənət sahəsinin Azərbaycan uşaqların təhsil prosesində, eləcə də, onların şəxsiyyətinin formalaşmasında əhəmiyyətini, habelə təhsil prosesinin məcburi tərkibinə çevrilməsi mövzusunu gündəmə gətirməklə geniş kütlələrin diqqətini bu məsələlərə cəlb etməkdir. 
Bu tədbirlər layihə çərçivəsində ilkin mərhələ olaraq reallaşdırılır. Layihənin yaxın zamanda fəaliyyətinin daha da inkişaf etdirilərək müxtəlif ölkələrdən olan uşaq, yeniyetmə və gənc istedadların da iştirakı ilə böyük bir beynəlxalq səpgidə davam etdirilməsi nəzərdə tutulur. 
Sərgi öz işini oktyabrın 26-dək davam etdirəcəkdir.
"Bir var idi, biri yox idi..." sərgi layihəsinə təşkilati dəstəyi İnisiativ Kuratorlar Birliyi (İCU) və müasir incəsənət qalereyası Yeni Gallery, informasiya dəstəyini art-bloq Azartbox və texniki dəstəyi reklam və poliqrafiya şirkəti "Azeri dizayn" göstərirlər.




23 Октября - 26 Октября
Sərgilər




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?