Elan Teatr “Birgə yaşama” tamaşası
“Birgə yaşama” tamaşası

“Vovanın 5 yaşı olanda o, bağçada qırmızı ayaqqabılı qıza aşiq olur. Ya qızın, ya da ayaqqabıların sehrinə düşən Vova günorta bütün uşaqlar yatanda qızın çarpayısına yaxınlaşır və onun ayaqqabılarını öpməyə başlayır. Tərbiyəçiyə bu hərəkət heç də xoş gəlmir, buna görə də o, Vovanı döşəmə əsgisi ilə vurur. 

Bu hekayəni yarım il əvvəl mənə dostum danışıb. Bu hadisədən ilhamlanaraq mən ilk məhəbbətlər haqqında hekayələri toplayıb gülməli və eyni zamanda kədərli bir tamaşa yaratmağa qərar verdim.” – Vika Privalova, tamaşanın rejissoru.

“Birgə yaşama” tamaşası ilk məhəbbətdən bəhs edir. Sirlərin hamısını açmasaq da onu qeyd edə bilərik ki, bu bir eksperimental tamaşadır. Zalda tamaşaçı, səhnədə aktyorlar – ənənəvi qəliblərini yaran xüsusi bir təcrübə. “Yaddaşın canlı muzeyinə” daxil olan hər kəs baş verənlərin tamhüquqlu bir iştirakçısı olacaq. 

Rejissor: Vika Privalova
Dramaturq: Yevqeniy Kazaçkov
Səs rejissoru: Artur Xayrulin
Multimedia: Lera Sançillo, Vika Privalova
Çıxış edir: “Eskizi v prostranstve” teatrının aktyorları – Nikita Maltsev, Alisa Kosaryova, Dmitri Mışkin, İrina Mixeyşina, Mixail Petruxin, Marqarita Qoloşumova. 

Tamaşa rus dilində nümayiş olunacaq.

Giriş sərbəstdir, amma yerlər məhdud olduğundan qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyat üçün telefon nömrələri: 0502893132

2 noyabr, 19:00
YARAT Müasir İncəsənət Mərkəzi




Teatr
Bilet: Бесплатно YARAT Contemporary Art Center




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?