Bu il Azərbaycan ilk dəfə olaraq “Altın Kelebek Mükafatları”nda iştirak edəcək. Ölkəmiz “Azərbaycanın ən parlaq ulduzu” kateqoriyasında təmsil olunur. Bu kateqoriyaya namizədlər Röya, Miri Yusif, Nigar Camaldır. Saçları ilə göz qamaşdıran Neslihan Atagül də “Altın Kelebek Mükafatları” çərçivəsində 3 noyabrda Bakıda təşkil olunacaq “Möcüzə gecəsi” adlı tədbirə namizəd olan müğənnilərə dəstək üçün qatılacaq.
Dəvətnamələr məşhur şampun markasının hazırda satışda olan bütün bağlamalarında mövcuddur. Tədbirdə xanımları Röya, Miri Yusif, Nigar Camalla yanaşı digər ulduzların və djlərin konserti, müxtəlif şou proqramlar, saç/vizaj stilistlərinin məsləhətləri və digər sürprizlər gözləyir.
Qeyd edək ki, “Möcüzə Gecəsi”ndə ancaq xanımlar iştirak edə bilərlər.
Biletləri www.pantenemocuzesi.az saytından əldə edə bilərsiniz.
Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir.
Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.
Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.
Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.
Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.