Elan Konsertlər "Ruhun defibrillasiyası" adlı ədəbi-musiqi axşamı
"Ruhun defibrillasiyası" adlı ədəbi-musiqi axşamı

Dekabrın 4-ü sizi "Ruhun defibrillasiyası" adlı ədəbi-musiqi axşamına dəvət edirik. İrana Qasımovanın şeirləri sizə öz ruhunuzun sirlərinə toxunmağa və ilk sevginin həyəcanını yaşamağa imkan verəcək.
Tədbirə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası, xoreoqraf və rejissor Rumiyə Ağayeva xüsusi cazibə qatacaq. (Onun "Oğlan Evi-2" filmində və "Cehizsiz gəlinlər" serialında yaratdığı obrazlar tamaşaçı rəğbəti qazanmışdır).

"Harmony Dance Studio"nu təmsil edən rəqs dueti Fərid Mehdiyev və Diana Şahbazova axşamın bəzəyi olacaqlar.

Şairə İrana Qasımova Bakıda anadan olub. Azərbaycan Dövlət Dillər Universitetinin məzunudur. Müxtəlif nəqliyyat və tikinti şirkətlərində tərcüməçi kimi çalışıb. İsrailin Ariel Universitetində rejissorluq fakültəsində təhsil alıb. İsrailin məşhur rejissorları ilə çalışmışdır. Sosial mövzuda dörd qısametrajlı filmlərin ssenari müəllifi və rejissorudur. 2013-cü ildə onun "Женщина, которая поэт” (Qadın şair) adlı şeirlər toplusu çap edilmişdir. 2017-ci ildə "В начале было Cлово" (Başlanğıcdan olan Kəlam) adlı şeirlər toplusunu təqdim etmişdir. 

Tarix: 4 dekabr, saat 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir




Konsertlər
Bilet: Бесплатно YARAT Contemporary Art Center




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?