Elan Teatr "Axına qarşı" adlı tamaşa
"Axına qarşı" adlı tamaşa

Dekabrın 7-də sizin diqqətinizə rejissor və pedaqoq Elvin Mirzəyevin "Axına qarşı" adlı yeni eksperimental tamaşasını təqdim edəcəyik. Tamaşa istedadlı gənclərin aktyorluq potensialını üzə çıxarmaq məqsədi ilə YARAT Teatr Klubu çərçivəsində həyata keçirilir. Tamaşada kastinqdən uğurla keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və həvəskar aktyorlar iştirak edirlər: Çimnaz Əliyeva, Orxan Hüseynov, Yekaterina İsayeva, Miryaqub Heydərov, Muşviq Məmmədov, Çimnaz Bağırova, Tarlan Əliyev, Gülnarə Xəlilova, Əli Bayramov, Ramazan Babayev, Aytac Fərəcova.

"Axına qarşı" (Görən və görməkdən məhrum olanların əhvalatı)
İnsan üçün "korluq" nədir? İnsanı öz "korluğunu" qəbul etməyə nə vadar edir? Bəzən insan görməyə çalışsa da, "görə" bilmir. Bəzən insana görmək nəsib olmur və başqalarının bu qabiliyyətinə dözə bilmir. Bəzən insan görür, ancaq "gördüyünü" gizlətmək məcburiyyətində olur... qorxur. Bəzən insan ucaldıqca, uğur, şöhrət zirvəsinə qalxdıqca "korlaşır". Korluq bir növ metafora kimi ilahi cəza, və ya başqa nədirsə... amma insana xasdır. Lakin bu insanın özünü tanımaq üçün bir fürsətdir. İnsan düşünəndə ki, onu heç kim görmür, bir çox şeyləri özünə ixtiyar edər, sosial və mənəvi normalara uyğun olmayan vicdansızlıq və qəddarlıqlara yol verə bilər. Çox vaxt ən önəmlisi kor olmaq deyil, görə-görə göz yummaqdır. Və nəticədə, insanlar öz məqsədlərini, bacarıqlarını, özlərinə və ətrafa inamlarını itirirlər, hətta həyatın mənasız olduğunu düşünməyə başlayırlar. Dünyada öz mövcudluqlarını məhdudlaşdıraraq "uzaqgörən" dünyaya addım atmaqdan belə çəkinirlər.

Tamaşada 5 klassik əsər yer alıb: Nizami Gəncəvinin "7 gözəl", Vilyam Şekspirin "Romeo və Cülyetta", Herman Hessenin "Siddhartha", yunan mifi "Orfey və Evridika" və Mixail Bulqakovun "Ustad və Marqarita".

Tamaşa Azərbaycan dilində nümayiş olunacaq
Tamaşanın müddəti: 45 dəq.
Yaş məhdudiyyəti: 12+
7 dekabr, saat 19:00
Giriş sərbəstdir




Teatr




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?