
YARAT Mərkəzində baş tutacaq gözəl musiqili axşamdan zövq almaq üçün bütün tədbirləri hazırladıq.
Canlı musiqi axşamımızın budəfəki qonağı Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri olacaqdır. Kollektivin dirijoru və bədii rəhbəri Teymur Göyçayevdir. Bununla yanaşı orkestrin müşayiəti ilə skripkaçı Rövşən Əmrahov bir sıra kompozisiyalar ifa edəcək. Həmçinin proqram çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri – Xalq artisti Gülağası Mirzəyev və Əməkdar artist Nigar İbrahimova çıxış edəcəklər.
Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə məşhur Azərbaycan bəstəkarları Qara Qarayevin və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılmışdır.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin layihələri çərçivəsində orkestr bir çox məşhur dirijorlarla çıxış edib, o cümlədən: Səlim Akçil (Türkiyə), Hakan Şənsoy (Türkiyə), Simon Kamartin (İsveç), Fabien Teerikson (Fransa), Vladimir Runçak (Ukrayna), Rikkardo Averbax (ABŞ), Vladislav Bulaxov (Rusiya), Roland Freisizer (Avstriya) , Aleksandr İvaşkin (İngiltərə).
2007-ci ildə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Azərbaycan klassik musiqisinin təbliğatına görə "HUMAY" mükafatına layiq görülmüşdür.
Azərbaycanın Xalq artisti Teymur Göyçayev iki yaradıcı kollektivin Qara Qarayev adına Kamera Orkestri və Gənclər Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəridir, o həmçinin, Bülbül adına xüsusi musiqi məktəbinin direktoru və dəyərli pedaqoqudur.
Skripkaçı Rövşən Əmrahov Bülbül adına xüsusi musiqi məktəbini qızıl medalla bitirib. Bakı Musiqi Akademiyasının məzunudur, həmçinin Finlandiyanın Turku Konservatoriyasında Rusiyanın Xalq artisti, prof. Aleksandr Vinnitskinin siniflində təhsil alıb. Pavel Kotla, Nevil Merriner və s. tanınmış dirijorların rəhbərliyi ilə müxtəlif musiqi layihələrin iştirakçısıdır. Bu yaxınlarda caz festivalında məşhur akkordeonçu Riçard Galliano ilə duetdə çıxış edib.
Yerlərin sayı məhdud olduğundan öncədən qeydiyyatdan keçmək zəruridir.
Qeydiyyat üçün əlaqə: (012) 505 14 14, 0502469292
Yerlərin sayı məhdud olduğundan öncədən qeydiyyatdan keçmək zəruridir.
Qeydiyyat üçün əlaqə: (012) 505 14 14, 0502469292
Qeydiyyat bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 18:30-dək aparılır
Tarix: 13 Fevral, saat 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Ada tətilini xəyal edirsiniz? Tripsome bir şanslı qalibi və qonağını İndoneziyanın Lombok adasına, Mawun çimərliyinə yaxın gözəl 2 həftəlik səyahətə göndərir! Növbəti sifarişinizin cənnətə necə aparacağını kəşf edin.
Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!
Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!
ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.
Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.